Rusiya qazax və qırğız ordularını Suriyaya göndərir

Dünya
11:20 / 23.06.2017
1032
Suriyaya Qazaxıstan və Qırğızıstan hərbçilərinin göndərilməsi bağlı danışıqlar aparılır.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Müdafiə Komitəsinin sədri Vladimir Şamanov söyləyib. O, hələlik, bununla bağlı məsələnin tam həll olunmadığını bildirib.
Qeyd edək ki, bundan öncə Türkiyə Rusiyanın Qazaxıstan və Qırğızıstanla Suriyaya ordu göndərilməsi üçün danışıqlar apardığını bildirib.
Sfera.az