Facebookda tanış olduğu qıza evlilik təklif etdi, SONU QANLA BİTDİ - DƏHŞƏTLİ CİNAYƏT

Facebookda tanış olduğu qıza evlilik təklif etdi, SONU QANLA BİTDİ - DƏHŞƏTLİ CİNAYƏT
Moskva kafelərinin birində ofisiant qızı iş yerində öldürüblər.

Sfera.az-ın xəbərinə görə, bu barədə məlumat iyunun 22-də Rusiya İstintaq Komitəsinin saytında yerləşdirilib.

Cinayətkar Maşkov küçəsində müəssisəyə daxil olaraq qıza doqquzdan çox bıçaq zərbəsi endirib.

"İlkin məlumata görə, cinayətin motivi qızın oğlanla evlənməkdən imtina etməsi olub. Cütlük sosial şəbəkədə tanış olub”, - idarədən bildiriblər.

Şübhəli şəxs saxlanılıb. Hazırda hadisə yerində müstəntiqlər işləyirlər. Faktla bağlı cinayət işi başlanılıb.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, həm hadisənin qurbanı, həm də şübhəli şəxs Qırğızıstan vətəndaşlarıdır.

mənbə: oxu.az

OXŞAR XƏBƏRLƏR