Anası 5 yaşlı uşağı niyə öldürdü? - \"XəzərXəbər\" həmin kənddə oldu - VİDEO

Anası 5 yaşlı uşağı niyə öldürdü? - \

 

Qusar rayonunda anası tərəfindən zəhərlənərək öldürülən 5 yaşlı qızcığazın acı taleyi bütün Azərbaycanı kövrəltdi. Bu gün "XəzərXəbər”in əməkdaşları həmin hadisənin baş verdiyi Qusarın Hil kəndində olub, hadisənin təfərüatları ilə maraqlanıb.

Hələ ömrünün 5 ci ilində , həyatı tam dərk etmədən dünya ilə vidalaşdı. Qusar rayonunun Hil kəndində fermada yaşayana balaca Luiza Saypullayevanın dünyadan köçməsinə səbəb isə anasının onun içidiyə südə həşarətları öldürmək üçün olan zəhəri qatmasıdır.

İyunun 14 baş verən bu hadisənin təfərüatları bir neçə gün öncə balaca qızcığazın anası Gülnarə Saypullayevanın polisə verdiyi ifadəsindən sonra məlum olub. Kənd sakinləri isə eşitdikləri qarşısında şoka düşüblər.

Kənd sakinləri bildirir ki, südün içinə dərman qatıb uşağa içirdən ana, uşağın halının pisləşdiyini görəndə çalışdığı fermanın sahibi Rafiq adlı şəxsə müraciət edib və həmin şəxsdə, uşağı öz maşını ilə xəstəxanaya aparmaq istəyib. Onlar qonşu kənddə olarkən uşaq yolda keçinib. Fermada olanlar isə müsahibə vermək istəməyib və həmin ailənin cəmi 2 aydır ki, fermada fəhlə olaraq çalışdığını bildiriblər.

Kənd sakinlərinin verdiyi məlumata görə, hadisə baş verməmişdən bir gün əvvəl Gülnarə Saypullayeva 5 yaşlı Luizanı evdə tək qoyaraq anası gilə, Xaçmaza gedib. Hadisə də o qayıtdıqdan sonra baş verib.

Gülnarə Saypullayeva polisə ilkin ifadəsində uşaqı ilan sancdığını bildirib. Ekspertizanın cavabından sonra məlum olub ki, balaca qızcığaz zəhərlənib . Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşaqa içizdirdiyini bildirib. Hazırda faktla bağlı cinayət işi başlanıb uşağını öldürməkdə şüphəli bilinən ana saxlanılıb. 



OXŞAR XƏBƏRLƏR

Okeanda gizli ada: Çox az adamın bildiyi bu heyrətamiz yer turistləri özünə cəlb edir

Portuqaliyanın muxtar bölgəsi olan Azor adaları turist kütləsindən uzaqda mənzərələrdən həzz almaq istəyən səyahətçilər üçün unikal bir məkandır. Atlantik Okean...

Ağ Evdə kabus: Mişel Obama boşanma şayiələri arasında evlilik problemləri haqqında danışıb

ABŞ-ın 44-cü prezidentiABŞ-ın 44-cü prezidentinin həyat yoldaşı Mişel Obama öz podkastında Ağ Evdə çətin günlər keçirdiyini və evliliklərində fikir ayrılıqların...

Quba səmasında naməlum obyekt -VİDEO

Quba bölgəsində çəkilmiş videoda səmada parlaq işıq saçan və hərəkət edən qeyri-adi bir obyekt müşahidə edilib.   Sfera.az xəbər verir ki, sosia...

Mağazadan alınan toyuğun içərisindən buz çıxdı – VİDEO

Vətəndaş mağazadan aldığı broyler toyuğunun içərisinin buzla doldurulduğunu bildirir.   O, bu barədə videonu "Xəzər Xəbər"in vatsap nömrəsi...

Ağstafada dönərdən zəhərlənənlərin adları məlum oldu - YENİLƏNDİ

Ağstafada 8 nəfər dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, hadisə rayonun özündə yerləşən dönərxanaların birində qeydə alınıb.   İl...

Paşinyan: Sosial mediada ən çox bəyənilən kontent Ərdoğanla olan fotomdur

“Sosial media istifadəçiləri arasında arasında ən çox paylaşılan, ən çox izlənən, ən çox bəyənilən kontent Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdo...