Azərbaycan şirkəti Avropa Olimpiya Festivalını idarə edəcək

Azərbaycan şirkəti Avropa Olimpiya Festivalını idarə edəcək
Gyor (Macarıstan) şəhərinin ev sahibliyi edəcəyi Avropa Olimpiya Festivalı 14-18 yaşlı idmançılar arasında ilk Avropa multi-idman yarışıdır və Avropa Olimpiya Komitəsi tərəfindən hər iki ildən bir təşkil olunur.

Sfera.az bildirir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, sayca 15-ci olan bu ilki oyunlara komitəyə üzv olan 50 ölkədən idmançıların qatılacağı gözlənilir. Dünya idman arenasında əhəmiyyətli olan bu yarışda xalların hesablanması, video-nəzarət və vaxtın idarə edilməsi xidmətlərini məhz Azərbaycanın innovativ brendi "SmartScoring" həyata keçirəcək.

SmartScoring Azərbaycan Gimnastika Federasiyasının və eyni zamanda Avropa Gimnastika İttifaqının rəsmi tərəfdaşıdır. Azərbaycanda idman sahəsində ilk olan milli brend yeni olimpiya dövründə artıq bir çox irimiqyaslı yarışlarda - kişi idman gimnastikası və bədii gimnastika üzrə Avropa Çempionatları, o cümlədən paytaxtımızda baş tutan gimnastika növləri üzrə Dünya Kuboku mərhələləri və 42-ci Şahmat Olimpiadasında xalların elektron hesablanması, hakimlik və xronometraj xidmətlərini peşəkarcasına həyata keçirmişdir.

Əlbəttə, şirkət uğurlu fəalliyətini davam etdirərək, öz dəyərli təcrübəsini daha da genişləndirmək niyyətindədir. Belə ki, SmartScoringin yüksək ixtisaslı peşəkarlardan ibarət komandası Avropa Olimpiya Festivalından sonra, aerobika gimnastikası üzrə Avropa Çempionatına hazırlıq üçün İtaliyaya yollanacaq, ardıyca isə onları akrobatika gimnastikası üzrə Avropa Çempionatının təşkil olunacağı Polşa gözləyir..

OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...