Dəməşq kimyəvi silahdan istifadə etsə... - Makron

Dəməşq kimyəvi silahdan istifadə etsə... - Makron

Yeni seçilmiş Fransa prezidenti Emmanuel Makron ilk dəfə Suriya mövzusu barəsində fikirlərini açıqlayıb.

 

Fransa prezidenti Makron bildirib ki, Suriya lideri Əsədin hakimiyyətdən getməsi Suriyadakı böhranın həll edilməsi istiqamətində vacib şərt deyil.


"Bu mövzuya qarşı baxış bucağım dəyişib. Əsədin hakimiyyətdən getməsinin əsas şərt olduğunu düşünmürəm, çünki qanuni xələfin kim olacağını proqnozlaşdıra bilmirəm", - deyə prezident vurğulayıb. 


O həmçinin əlavə edib ki, rəsmi Dəməşqin kimyəvi silahdan istifadə edəcəyi təqdirdə Fransa Suriyada hakim güclərə hücum etməyə hazır olacaq.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR