12 yaşlı uşağın qatili məşhur avtoritetin ən yaxın adamı çıxdı
Dünya
20:21 / 21.06.2017
953
İstanbulda bank işçisi olan bacısı Ceylanı öldürdükdən sonra yoxa çıxan "avtoritet" Erhan Timuroğlunun sağ əli hesab edilən Cüneyt A. həbs edilib. Cüney A.-nın istifadə etdiyi tapança ekspertizaya göndərilib.
Sfera.az Milliyet-ə istinadən xəbər verir ki, ekspertizanın rəyindən sonra şübhəlinin Ataşehirdə 2016-cı ildə öldürülən 12 yaşlı Nehirin qatili olduğu üzə çıxıb.
Cüneyt A. saxlanılan zaman jurnalistlərin şəklini çəkdiyini görüncə "Kaş ki, üst-başımı səliqəyə salardım, o zaman çəkərdiniz" deyib.