Azərbaycan yenə birincidir...

Azərbaycan ilin ilk kvartalında Gürcüstana ən çox sərmayə qoyan ölkə olub.
Bu barədə Gürcüstan Milli Statistika idarəsinin hesabatında deyilib.
Hesabatda qaeyd olunub ki, yanvar-mart ayları arasında Gürcüstana birbaşa xarici investisiyaların həcmi 403 milyon dollar təşkil edib.
Azərbaycan ölkə iqtisadiyyatına 97 milyon dollar sərmayə yatırmaqla bu sahədə liderliyini qoruyub.
Xarici sərmayənin həcminə görə ilk 5 ölkə bunlar olub: Azərbaycan - 97 milyon dollar, Türkiyə - 82 milyon dollar, Böyük Britaniya – 80 milyon dollar, BƏƏ – 39 milyon dollar, Kipr – 22 milyon dollar.
Xatırladaq ki, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizin Gürcüstan iqtisadiyyatına ümumi olaraq 3.4 milyard dollar həcmində sərmayə qoyduğunu bildirmişdi.