Krediti qaytarmasaq, nə baş verər?

Krediti qaytarmasaq, nə baş verər?

Bankdan götürdüyümüz krediti geri ödəyə bilmədikdə bizi nə gözləyir?

“Qafqazinfo” xəbər verir ki, bu suala iqtisadçı-ekspert Rəşad Həsənov ANS TV-yə açıqlamasında aydınlıq gətirib. Rəşad Həsənov məsələ ilə bağlı qeyd edib ki, əgər iqtisadi durğunluq hiss olunursa və müştəri borcunu ödəyə bilmirsə, bu zaman banklarında üzərinə böyük məsuliyyət düşür. Bunun üçün də banklar kredit götürən müştərisi üçün uyğun şərait yaratmalıdır: “Uyğunluq hamıya eyni cür təşkil olunmamalıdır. Hər kəsin sosial vəziyyətinə uyğun olaraq, müxtəlif proqramlar hazırlanmalıdır. Çünki, heç bir dövr davamlı deyil. Hazırki vəziyyətdə bankalar çalışmalıdır ki, öz müştərilərini əllərində saxlasın. Gələcəkdə vəziyyət normallaşanda da bu banka üz tutsunlar”.

Bankların isə əvvəldən manatla götürülən kreditin sonradan dollara çevirməyə heç bir hüquqi haqqı yoxdur. Çünki, kredit götürüləndə müqavilədə hansı məzənnə ilə hesablanıbsa, axıra qədər də onunla ödənməlidir. Krediti geri qaytara bilməyən şəxslərlə bağlı isə ekspertin fikirləri belə olub: “Bank işçisi müştərisi ilə şəxsi ünsiyyətdə olmalıdır və onu dinləməlidir. O müəyyən etməlidir ki, bu şəxsin pulu yoxdur krediti ödəyə bilmir, yoxsa pulu var amma özü ödəmək istəmir? Əgər şəxs özü krediti ödəmək istəmirsə, onda hüquqi yollardan istifadə etmək olar. Yox əgər imkanı yoxdursa, onda uyğun yol seçilməlidir, hədə-qorxu gəlməməlidir. Bank nümayəndəsi müştəriyə zəng vuraraq, gecikmiş krediti ödəməyi xatırlada bilər. Hazırda isə bu məsələləri məhkəmə yolu ilə həll etmək mümkündür”.

Ekpert onu da əlavə edib ki, qanunun qəbulu olmadan krediti olan şəxslərin sərhəddən geri qaytarılması düzgün hal deyil.


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...