Türkiyədə azərbaycanlı tələbə ürəyindən bıçaqlandı: "Məni həkimlər həyata qaytardı" — VİDEO

Türkiyədə azərbaycanlı tələbə ürəyindən bıçaqlandı:
Türkiyənin Uşak vilayətində iki azərbaycanlı tələbə arasında qanlı insident baş verib.
 
Uşak Universitetinin tarix fakültəsində oxuyan Azərbaycan vətəndaşı Royal Cumayev tanışı, Azərbaycan vətəndaşı olan digər tələbə tərəfindən bıçaqlanıb. Yaralı ölümcül vəziyyətdə Uşak Universiteti Tibb Fakülətisinin xəstəxanasına yerləşdirilib. Həkimlərin vaxtında müdaxiləsi sayəsində onun ürəyinin tam dayanmasının qarşısını almaq mümkün olub, daha sonra tələbə əməliyyat edilib.

Xəstəxananın ürək-damar cərrahı Murat Yanar bildirib ki, yaralı xəstəxanaya həyat əlamətləri çox zəif halda daxil olub. Zəruri ilkin yardım tədbirlərinin ardınca o, əməliyyat masasına qaldırılıb. "Xəstənin ölümdən xilas olunması təcili yardım xidməti əməkdaşlarının çevik müdaxiləsi və məni vəziyyət barədə məlumatlandırması sayəsində baş verdi. Xəstənin sol ağ ciyər boşluğundan 3 litrə yaxın qan boşaltdıq. Ürəyin ön divarında bıçaq yarası vardı və həmin sahəni cərrahi işlədik. İki gün reanimasiyada qaldıqdan sonra yaralının vəziyyəti sabitləşdi, ümumi palataya köçürüldü”-cərrah bildirib.

Cumayev deyib ki, əvvəldən tanıdığı tanışı ona zəng vurub, harda olduğunu soruşub. "Yerimi söylədim, görüşdük, çatan kimi qaçaraq üstümə atıldı, həmin an bıçaqlandığımı hiss etmədim. Yanımdakı dostlara "hər şey yaxşı olacaq” dedim, sonrasını xatırlamıram. Gözümü xəstəxanada açdım. Öyrəndim ki, məni həkimlər, tibb personalı həyata qaytarıb, onlara nə qədər təşəkkür etsəm azdır”.

Cumayevi bıçaqlayan tələbə Orxan S. hadisədən sonra polislər tərəfindən yaxalanıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. (virtualaz.org)


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...