Diri-diri basdırılan azərbaycanlının işində “Lotu Quli”nin izi

Diri-diri basdırılan azərbaycanlının işində “Lotu Quli”nin izi

 

Moskvada azərbaycanlı iş adamı Hikmət Salayevi diri-diri basdıran üç şəxs saxlanılıb. Daha iki şübhəli şəxs beynəlxalq axtarışa verilib, bir nəfər isə Dağıstanda gizlənir.

Sfera.az-ın xəbərinə görə, bu barədə məlumat iyunun 2-də Rusiya Daxili İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib.  

"21 aprel 2017-ci ildə cinayətkarlar Azərbaycan vətəndaşını silahla hədələyərək avtomobilə otuzdurublar və Moskva vilayətində yerləşən qəbirstanlığa aparıblar. Onlar Hikmət Salayevdən böyük məbləğdə pul tələb ediblər ”, - qurumun rəsmi nümayəndəsi İrina Volk deyib. 

İş adamı bu pulu ödəməkdən imtina etdikdən sonra onlar H.Salayevi diri-diri basdırıblar və yanında yalnız mobil telefon qoyublar. Hikmət Salayev kiçik qardaşı İsmayıla zəng vurub. İsmayıl quldurlar üçün 1,2 milyon rubl pul gətirib və öz beşinci seriyadan olan BMW avtomobilini verib. Bundan sonra cinayətkarlar biznesmenin yerini göstəriblər. 

Zərərçəkən qabırğa sınıqları zədələri ilə xəstəxanaya çatdırılıb.

İstintaq zamanı müəyyən edilib ki, cinayətin sifarişçisi "Lotu Quli” ləqəbli azərbaycanlı kriminal avtoritet olub. Hazırda o, Azərbaycanda həbsxanada cəzasını çəkir.

 



OXŞAR XƏBƏRLƏR