Torpaqların işğal altında saxlanılması Moskva və İrəvanın... - Müharibə
16:16 / 20.06.2017
1426
Minsk qrupunun daha bir regional səfəri başa çatdı. Səfərin sonu olaraq həmsədrlər ortaq bəyanatla çıxış etdilər. Bəyanatda həmsədrlər tərəfləri təmas xəttində və Azərbaycan-Ermənistan dövlət sərhəddində gərginliyin azaldılmasına istiqamətlənmiş tədbirləri nəzərdən keçirtməyə çağırıblar.
Həmsədrlərin bu dəfəki gəlişini Sfera.az-a şərh edən siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, bu səfərdən sonra həmsədrlərin birgə bəyanatı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməkdir.
S.Soltanın sözlərinə görə, həmsədrlər həm də cəbhədə atəşkəsin pozulmasından narahatdırlar:
"Ancaq nə danışıqlarda, nə də bəyanatda torpaqların işğaldan azad edilməsi ilə bağlı heç bir açıqlama yoxdur. Düzdür, həmsədrlər işağl atlında olan Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonlarını ziyarət etdi. Azərbaycan Prezidenti İlham Əliyev, xairici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənovla görüşdü. Ancaq Azərbyacanın bir mövqeyi var, işğalçıların torpaqlardan nə vaxt çıxacağı. Hələ ki, beynəlxalq vasitəçilər bu əsas suala cavab verməkdənsə, müxtəlif məsələləri qabardaraq, mahiyyətdən yayınmağa çalışırlar. Torpaqların işğal altında saxlanılması isə, Moskva və İrəvanın xeyirinədir. Düzdür, onlar da mövcud vəziyyətlə razılaşmadıqlarını bildirirlər. Ancaq bu məsələdə tələbləri fərqlidir. Həmsədrlərin heç biri, o cümlədən Rusiya işğalçını və torpaqların işğaldan təmizlənməsini dilə gətirmir. Onlar bir mövqeyi – atşkəs, münaqişənin dinc yola həlli məsələsinin müxtəlif redaktələrdə bəyan edirlər. Bu mənada həmsədrlər və Ermənistan Azərbyacanı ərazi güzəştinə getməsini istəyir. Azərbaycan isə onların istəklərinin hüquqi, tarixi, mənəvi baxımından heç bir əsası olmadığını dəfələrlə xatırladaraq, ərazisinin işğaldan azad olunmasını tələb etməkdədir. Qeyd edim ki, hər il ATƏT-in Minsk qrupu üçün bu məsələyə görə bir milyon dollar sərf edilir. Bu il ATƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyəti üçün 911 200 avro məbləğində maliyyə ayıracaq. ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Ancey Kaspşikin ofisinin büdcəsi isə 1 235 800 avro təşkil edəcək. ATƏT ümumilikdə Cənubi Qafqaz regionuna 3 861 900 avro məbləğində vəsait ayırıb. İyunun 1-də ATƏT-in Daimi Şurası Vyanada təşkilatın 2017-ci il üçün büdcəsini təsdiq edib. 2017-ci il yanvarın 1-dən dekbarın 31-dək olan dövr üçün təşkilatın ümumi büdcəsi 138 982 600 avro olacaq. ATƏT-in Daimi Şurasına təşkilata üzv 57 ölkənin nümayəndələri daxildir. Qərarlar konsensus əsasında qəbul edilir. ATƏT 57 üzv ölkənin ödənişləri hesabına maliyyələşdirilir. Bu qədər maliyyə vəsaiti illər uzunudur xərclənir. Ancaq nəticənin də olmadığı da göz qabağındadır. Belə çıxır beynəlxalq vasitəçilər məsələ həll etməkdənsə maliyyə vəsaiti xərcləməklə məşğuldurlar".
Hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, dünən Bakıya səfərə gələn ATƏT-in Minsk qrupunun həmsədrləri özləri də bilmədən faktiki öz varlıqlarına demək olar ki, son qoydular:
"Mənim üçün bundan sonra bu adda nə təşkilat mövcuddur, nə də onun avara yığnağı olan həmsədrləri və polşalı cəsus diplomat Anjey Kasprşik. Bunlar Bakıya gəlməzdən öncə öz bəyanat adlı boş kağız parçası effekti bağışlayan "mühüm sənədini" hazır gətimişdilər və paytaxtımızda 3-4 saat olduqdan sonra öz "məhsuldar iş əmsalının" nəticəsi kimi növbəti bir mənasız sənədi yaydılar. Bu günə kimi yüzlərlə belə mənasız bəyanatlar görmüşük və eşitmişik. Başlarına dəysin bu cür iş üslubu. Guya bunlar da iş görürlər. Vallah, bu BMT-ni, ATƏT-i əvvəllər ciddi qurumlar kimi qəbul edirdim. Bunlar sözün əsl mənasında bir sürü avara, boşboğaz və milyonlarla maliyyə vəsaitlərini göyə sovuran hiyləgər toplumdur. Siyasi şarlatan və bivec hoqqabazlar. 25 ildir ancaq belə mənasız və məntiqsiz görüşlər, bəyanatlar tirajlıyırlar. Əgər o kağızın heç bir təsiri və effekti yoxdursa, kimə və nəyə lazımdır o söz yığnağı? Aydın məsələdir, bu hiyləgər üçlük sırf Ermənistan və ona açıq şəkildə havadarlıq edən Rusiya, Amerika və Fransanın davam edən özbaşınalığıdır ki, kefləri istədiyi kimi özlərini aparırlar. Bu illər ərzində minlərlə gül kimi əsgər və zabitlərimiz məhz, bu ATƏT-in Minsk qrupunun öz vəzifələrinə cinayəkarcasına məsuliyyətsiz yanaşmasının qurbanı olublar. Qarşı tərəfi - işğalçı Erməistan SQ-nin nümayəndələrini özüm demirəm, çünki onlar işğalçı statusundadırlar və onlara nə olursa haqq olur. Və bundan sonra da nə olacaqsa, bizim ordunun addımları bütün beynəlxalq hüquq və normalar çərçivəsində olacaq. İrəvan son itkilərdən çox üzgündür. Artıq 3 gündür ki, mətbuatlarında da əvvəlki illərdə rast gəlmədiyimiz bəzi ağıllı fikirlər səslənməkdədir. Ərazilərin boşaldılması, Azərbaycanla dil tapılması və s. bu kimi ciddi fikirlər. Hesab edirəm ki, ordumuz düşmənin mənəvi-psixoloji ruhunu qırmaqda davam etməlidir. Və nə qədər düşmən çox itki ilə qarşılaşacaqsa, bir o qədər də tez qərar verməyə məcbur olacaq. Son baş verənlərin fonunda İrəvanın həqiqətən də çox çaşğın və çətin durumda olması hiss olunur. Bunun davamını gətirmək lazımdır".
Gülnarə Eynullaqızı
Sfera.az