Neft niyə ucuzlaşır? - Ekspert şərhi

Neft niyə ucuzlaşır? - Ekspert şərhi

Qətər ətrafındakı gərginlik və eləcə də ABŞ-da neft ehtiyatlarının artması fonunda neftin dünya bazar qiymətində azalmalar müşahidə edilir.

Sfera.az xəbər verir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, 2017-ci ildə ilk dəfə olaraq "Brent” markalı neftin hər barrelinin qiyməti 47 dollardan aşağı düşdü:

"Bu il ilk 4 ayda nisbətən stabil qalan neft qiymətlərinə Qətər gərginliyindən sonra OPEK anlaşmasının yerinə yetirilməsi ilə bağlı formalaşan inamsızlıq birbaşa təsir göstərməkdədir. Əslində, son proseslər göstərir ki, nəinki şist neft hasilatının artması və ya alternativ enerjidən istifadə imkanlarının genişləndirilməsi, eyni zamanda, Yaxın Şərq ölkələrinin bir-biri ilə gərgin münasibətləri neftin qiymətinin yüksəlməsinə imkan vermir. Azərbaycan dövlət büdcəsində neftin bir bareli 40 dollar nəzərdə tutulduğundan, hələlik mövcud qiymət ölkəmiz üçün məqbul hesab edilə bilər”.

İqtisadçı qeyd edib ki, bununla belə, neftin dünya bazar qiymətinin 40 dollardan aşağı düşməsi Azərbaycan iqtisadiyyatı üçün arzuolunan deyil:

"Bu tədiyyə balansına və xüsusən də ölkəyə daxil olan valyutanın həcminə mənfi təsir göstərəcək. Bu baxımdan, fiskal konsolidasiyanın növbəti mərhələsi struktur islahatlarının sürətləndirilməsi formasında həyata keçirilməlidir. Struktur islahatlarının genişləndirilməsi yalnız büdcə vəsaitlərinə qənaət deyil, eyni zamanda, müxətlif sektorların idarəedilməsində çevikliyin və səmərəliyinin gücləndirilməsi baxımdan da vacibdir”.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...