İdmançımız dünya çempionu oldu - VİDEO

İdmançımız dünya çempionu oldu -  VİDEO

ABŞ-ın Hyuston şəhərində ağır atletika üzrə dünya çempionatı davam edir.

Sfera.az xəbər verir ki, qadınların mübarizəsində ölkəmizi 58 kq çəki dərəcəsində təmsil edən Boyanka Kostova qızıl medal qazanıb. O, dünya çempionu olmaqla yanaşı, yeni dünya rekorduna imza atıb. İdmançımız birdən qaldırma hərəkətində 112 kiloqramı başı üzərinə qaldıra bilib.  O, təkanla qaldırma hərəkətində isə ilk cəhddə 136 kiloqramın öhdəsindən gəlib. Boyanka toplam 248 kq göstərici ilə növbəti cəhdlərin nəticəsindən asılı olmayaraq dünya çempionu tituluna sahib çıxıb. Belə ki, onun ən yaxın izləyicisi olan Çin idmançısı çıxışını 245 kq-lıq göstərici ilə başa vurub.

İdmançımız son cəhdində 140 kiloqramı da başı üzərinə qaldıraraq toplam nəticəsini 252 kiloqrama yüksəldib. Qeyd edək ki, 22 yaşlı Boyanka Kostova iki dəfə  Avropa çempionu olub. 


OXŞAR XƏBƏRLƏR

Tom Kruz “Ginnesin Rekordlar Kitabı”na daxil oldu - FOTO

Amerikalı məşhur aktyor Tom Kruz daha bir möhtəşəm uğura imza atıb. 62 yaşlı ulduz aktyor “Mümkünsüz missiya– Son Hesablaşma” (Mission: Imposs...

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı- FOTO

Bakıda ticarət mərkəzlərinə məxsus dayanacaqlarda parklanma qiyməti artırılıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, “28 Mall” ti...

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 21-də keçirilmiş iclasında "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqq...

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən AÇIQLAMA

12:30   Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Syunik (Zəngəzur) vilayətinin iki azyaşlı sakininin azaraq Azərbaycan ərazisinə keçdiyini bild...

Əhaliyə MÜRACİƏT - Bu məlumatları PAYLAŞMAYIN

Bank kartı məlumatlarının naməlum şəxslərə verilməsi oğurluq riski yaradır.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi

Azərbaycana biznes qurmaq məqsədi ilə gələn Pakistan vətəndaşı həbs edilib.   Sfera.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Pakistan vətəndaşı əvvəl...