“Bank of Baku” çökür: İflas bayrağını qaldırır?

“Bank of Baku” çökür: İflas bayrağını qaldırır?
"Bank of Baku” 2016-cı il üzrə audit hesabatını saytında yerləşdirib. 

Sfera.az bankın hesabatına istinadən xəbər verir ki, "Bank of Baku”da  vəziyyət daha da pisləşib. Göründüyü kimi, bank ilbəil kiçilir, gücü azalır. Bundan başqa, cəmiyyətdə sözügedən bankın digər banklardan birinə birləşəcəyi barədə xəbərlər yayılıb. 

Hesabatdan məlum olur ki, "Bank of Baku” 2016-cı ili 54 milyon 536 min manat zərərlə başa vurub. Bank 2015-ci ildə 37 milyon 345 min manat zərər edib. 2015 və 2016-cı illərdə bankın cəmi 91 milyon 881 min manat zərəri var. 2015-ci ildə 174 milyon 837 min manat faiz gəliri əldə etmiş bank, 2016-da 66 milyon 469 min manat faiz gəliri qazanıb. Bir sözlə, kreditlərin verilməsindən bankın gəliri kəskin azalıb.

Beləliklə, bankın aktivləri 700 milyon 612 min manatdan, 509 milyon 261 min manata, cəmi kapitalı isə 58 milyon manatdan 3,5 milyon manata düşüb. Yəni bankın öz kapitalı demək olar ki, yoxdur. Buna görə lisenziyası da alına bilər. Çünki banklara kapital tələbi 50 milyon manatdır. Müştəriləri "Bank of Bakuda”kı hesablarında olan pullarını çıxardırlar. "Bank of Baku”da müştərilərin pulları 444 milyon manatdan 292 milyon manata azalıb. Şirkətlər və əhali "Bank of Baku”dan kənar dururlar. Belə desək, əgər bank başqa bir banka birləşməsə və  yardım olunmasa iflas bayrağını qaldırmaq məcburiyyətində olacaq.

Mövzunu diqqətdə saxlayacağıq. Məsələ ilə bağlı sözügedən bankın mövqeyini dərc etməyə hazırıq. 
 
Orxan Əliyev
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...