Cəbhədə baş verən son təxribatlar... – Əliyev

Cəbhədə baş verən son təxribatlar... – Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev Ermənistan tərəfinin son günlər cəbhə xəttində törətdiyi təxribatlardan danışıb:

"Sizin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinizdən sonra və Azərbaycana gəlişiniz ərəfəsində Ermənistan təmas xəttində Azərbaycana qarşı növbəti hərbi təxribat törətmiş və bunun nəticəsində bir Azərbaycan əsgəri həlak olmuşdur. Azərbaycan Ordusu həmişə olduğu kimi, adekvat cavab vermiş və bunun nəticəsi sizə məlumdur. Bu, mənim üçün təəccüblü deyil, çünki Ermənistan tərəfi həmişə hansısa mühüm tədbir və ya sizin səfəriniz ərəfəsində bu cür təxribatlar törədir və biz bunun bir neçə dəfə - 2014-cü, 2016-cı illərdə və indi də şahidi olmuşuq. Onlar, sözsüz, bilirlər ki, mülki əhali və hərbi qulluqçularımıza qarşı istənilən hərbi təxribata biz adekvat cavab verəcəyik. Azərbaycan tərəfini buna ona görə təhrik edirlər ki, sonra bizi atəşkəsi pozmaqda ittiham etsinlər. Hadisələrin xronologiyasına baxmağınız kifayətdir ki, nə vaxt Azərbaycan əsgərinin Ermənistan ordusu tərəfindən öldürüldüyünü və nə zaman buna Azərbaycan tərəfindən adekvat cavab verildiyini görəsiniz. Beləliklə, təmas xəttində son atəşkəs pozuntusuna görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür və baş verə biləcək hər hansı hadisəyə görə bütün məsuliyyəti işğalçı Ermənistan ordusu daşıyır”.

Dövlət başçısı, eyni zamanda, qeyd etdi ki, Azərbaycan tərəfi atəşkəs rejiminə sadiqdir. Son vaxtlarda təmas xəttində nisbi sakitlik hökm sürdüyünü deyən Prezident İlham Əliyev bildirib ki, bu, danışıqlar prosesini sürətləndirmək üçün mühüm amildir. Lakin baş verənlər aydın şəkildə göstərdi ki, Ermənistan nəyin bahasına olursa-olsun Minsk Qrupu həmsədrlərinin fəaliyyətini pozmağa çalışır.

Dövlət başçısı vurğulayıb ki, Ermənistan diqqəti yalnız təhlükəsizlik məsələlərinə yönəltmək istəyir və bütün bu baş verənləri Azərbaycanı atəşkəsi pozmaqda günahlandırmaq üçün bir bəhanə kimi istifadə edir. Bu, tamamilə haqsız və ədalətsiz bir mövqedir.

Prezident İlham Əliyevə bəyan etdiyi fikirlərinə görə minnətdarlığını bildirən ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov qeyd etdi ki, həmsədrlərin Azərbaycana səfəri ərəfəsində baş verən bu ciddi atəşkəs pozuntusu dərin təəssüf hissi doğurur. O dedi: "Biz səfərimizin yekunu olaraq qəbul edəcəyimiz bəyanatda bu vəziyyəti əks etdirəcəyik”.

Söhbət zamanı Fransadan olan həmsədr Stefan Viskonti, ABŞ-dan olan həmsədr Riçard Hoqland və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik danışıqlar prosesi ilə bağlı fikirlərini ifadə ediblər.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Lalədən adının qumar oyununda hallanmasına REAKSİYA

Aparıcı Lalə Azərtaş səsi süni intellektdən istifadə titkokda qumar oyununda istifadə edilib.   Sfera.az xəbər verir ki, bu barədə aparıcı "Təsi...

İran və Ermənistan XİN başçıları arasında telefon danışığı oldu

Noyabrın 14-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçı ilə telefon danı...

Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə etdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Böyük Britaniyanın ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr və xəzinədarlıq na...

Türkiyənin mədəniyyət və turizm naziri sabah Bakıya gəlir

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sabah Bakıya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və T...

Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşdü

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq...

"Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA

17:31   "Qalatasaray" klubunun ulduz futbolçusu Mauro İkardi Vanda Naranın şikayətindən sonra polis tərəfindən saxlanılıb.   Sfe...