Dünya çempionu olan idmançımızdan - Açıqlama
İdman
03:07 / 24.11.2015
2949
ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında Azərbaycan millisinin ağırlıqqaldıranı Boyanka Kostova qızıl medal qazanıb. 58 kq çəki dərəcəsində çempion olan idmançımız “qafqazinfo”ya açıqlama verib.
Kostova bildirib ki, bu, onun məqsədi idi və istəkli olması qızıl medalı qazanmasını bir az da asanlaşdırıb: “Bu böyük nəticədir. Mənim məqsədim qızıl medal qazanmaq idi. Buna nail olduğum üçün sevinirəm. Bura gəlməzdən də məqsədim bu idi. İstəyimin çox olması qızıl medal qazanmağımı daha da asanlaşdırdı”.
Sfera.az