731 türk əsgərini zəhərləyənlər həbs edilib

Dünya
13:00 / 19.06.2017
964
Türkiyənin Manisa vilayətində əsgərlərin kütləvi zəhərlənməsinə görə həbs olunanların sayı 24-ə çatıb.
Həbs olunanların hamısı "Rota Yeməkçilik” şirkətinin nümayəndələri olub. Həbs olunanlar arasında şirkətin Manisa nümayəndəliyinin rəhbəri Veysəl Əhməd Gürcüm də var.
Qeyd edək ki, Manisada 731 türk əsgəri yeməkdən kütləvi şəkildə zəhərlənmişdi.
Sfera.az