Bakının son hərbi həmlələri: İrəvan təşvişdə...

Bakının son hərbi həmlələri: İrəvan təşvişdə...

Ermənistan ordusu son 2 gündə 6 hərbi qulluqçusunu itirib. Ölən 3 əsgər, Araik Matinyan, Vigen Petrosyan və Vardan Sərkisyan 1997-ci ildə Ermənistanda anadan olan şəxslərdir.

Araik Matinyan Ermənistanın Loriy marzının (rayonunun) Şnox kəndindəndir. Vardan Sərkisyan Ermənistan Respublikasının Araqatsotn rayonunun Luqasyux, Vigen Petrosyan isə Sevan şəhərindəndir. Gördüyümüz kimi, hər üç əsgər Ermənistan vətəndaşlarıdır. Qalan 3 əsgər, Myasnik Ovanisyan, Vardan Harutyunyan və Enarek Qasparyan da Ermənistan Respublikasının vətəndaşlarıdırlar.

Cəmi 20 yaşı olan və hərbi mükəlləfiyyətlərini həyata keçirən və ölümə göndərilən bu gənclər Ermənistan tərəfindən "Dağlıq Qarabağ Müdafiə Ordusu”nun əsgərləri olaraq təqdim olunur. Üstəlik, Azərbaycan ordusunun onları günahsız yerə qətl etdiyini iddia edir.

Ermənistan ictimaiyyətini narahat edən digər məsələ son hadisələrin fonunda Naxçıvanda iyunun 12-də başlayan, Azərbaycan və Türkiyə hərbçilərinin keçirdiyi birgə təlimlərdir. Erməni politoloqu, professor Levon Şirinyan yerli mətbuata verdiyi müsahibədə bu təlimlərin əsas məqsədinin Ermənistanın blokadaya alınması olduğunu bildirib.

Politoloqun fikrincə, Ermənistan müdafiə nazirliyi bu təlimlərdən nəticə çıxarmalıdır. Daha sonra Levon Şirinyan daha bir sərsəm fikrə imza ataraq, Ermənistan xarici işlər nazirliyinin Naxçıvanın Ermənistanın tərkibində olması məsələsini qaldırmağı təklif edir. Onun iddiasına görə, Rusiya 1920-ci ilin dekabrın 2-də bağlanmış sazişlə Naxçıvanı Ermənistana verib. Lakin sonradan 1921-ci ildə Türkiyə ilə imzalanan Moskva sazişləri ilə Naxçıvan Azərbaycanın tərkibində qalıb. "Rusiya öz vədini pozub Naxçıvanı türklərə hədiyyə etdi”(?!!) - Şirinyan bəyan edib.

Levon Şirinyanın fikrincə, Türkiyənin Naxçıvandakı hərbi mövcudluğu təkcə Ermənistana deyil, Rusiya və İrana qarşı yönəlib:

"Naxçıvan Ermənistanın ərazisidir. Bu təkcə ərazi deyil, həm də düyündür. Türklər bu dəmiryol düyünündə oturublar. İrandan soruşmaq lazımdır ki, bu düyünün ortasında Türkiyə Silahlı Qüvvələrinin mövcudluğuna razısınızmı? Eyni sualı ruslara da vermək olar. Lakin Rusiya türklərin maraqları naminə həmişə öz mənafelərini satmağa hazırdır”.

Levon Şirinyanın sərsəmləmələrinə təəccüblənmək lazım deyil. Ermənilərin bu "ağıllı başbiləni” cəmi 3 ay bundan öncə Ermənistanın Yevlax və Sabirabadı ələ keçirməli olduğunu deyirdi.

"Azərbaycan prezidenti bütün dünyaya Ermənistanı ələ keçirməkdən danışır, lakin onu BMT Təhlükəsizlik Şurasında məsuliyyətə cəlb edən yoxdur” - bu sözlər isə Ermənistanın keçmiş müdafiə naziri Norat Ter-Qriqoryantsın dilindən səslənib. Onun sözlərinə görə, Azərbaycan Ermənistanın kənarından keçən kəmərlərdən gələn neft dollarlarının köməyi ilə öz silahlarını modernləşdirir, yenə də Ermənistanı kənarda buraxaraq Qars dəmiryolunu inşa edir, Türkiyə və Gürcüstanla ittifaq yaradır.

"Türkiyə hücum məqsədilə Azərbaycan ordusunu öz zabitləri ilə doldurur. Türk zabitləri orada tabor komandiri, müşavir olaraq fəaliyyət göstərirlər. Mən bilmək istəyirəm ABŞ hara baxır”, - deyə keçmiş müdafiə naziri sözlərinə əlavə edib.

"Bəzi ölkələr Azərbaycana sərmayə qoymazdan qabaq yaxşıca fikirləşməlidirlər. Çünki burada hərbi situasiya hökm sürür. Azərbaycana isə öz proqramını həyata keçərməyə imkan vermək olmaz”, - keçmiş nazir bildirib.

Ter-Qriqoryantsın fikrincə, Azərbaycan öz addımlarını status-kvonun dəyişdirilməsi üzərində qurur və Naxçıvanda keçirilən Türkiyə-Azərbaycan təlimləri də məhz bu hədəfə yönəlib.

"Ermənistan üçün sülhə alternativ yoxdur. Bu aksioma ölkədə üstün təşkil etməlidir. Çünki əks məntiq yalnız bir şeyə gətirib çıxaracaq - Azərbaycanın oyununa gəlmək”, siyasi icmalçı Sərkis Artsruni yazır. "Ermənistanın nə təslim olmağa haqqı var, nə də geniş miqyaslı müharibəyə girişməyə... Son variant ölkənin məhvinə gətrib çıxaracaq. Buna nə ölkə iqtisadiyyatı, nə də demoqrafiyası tab gətirə bilər” - yazıda qeyd olunur. (Musavat.com)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İran və Ermənistan XİN başçıları arasında telefon danışığı oldu

Noyabrın 14-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçı ilə telefon danı...

Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə etdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Böyük Britaniyanın ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr və xəzinədarlıq na...

Türkiyənin mədəniyyət və turizm naziri sabah Bakıya gəlir

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sabah Bakıya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və T...

Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşdü

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq...

"Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA

17:31   "Qalatasaray" klubunun ulduz futbolçusu Mauro İkardi Vanda Naranın şikayətindən sonra polis tərəfindən saxlanılıb.   Sfe...

Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada öldü

Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.   Sfera.az məlumat verir ki, hadisə Ceyranbatan bağları ərazisində qeydə alınıb. ...