Əliyev və Putin görüşür - Mərhələli həll planı...

Əliyev və Putin görüşür - Mərhələli həll planı...
"Azərbaycan-Rusiya münasibətləri strateji xarakteri dəstəkləyir. Və fundomental məsələlərdə Azərbaycan- Rusiya orta mövqedən çıxış edirlər". 

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan və Rusiya prezidentlərinin bu il ərzində gözlənilən görüşləri ilə bağlı danışan millət vəkili Elman Nəsirov söyləyib.
 
 
Millət vəkili Rusiyanın Şimal qonşumuz olduğunu qeyd etdi:
"Bizi tarix birləşdirir və eyni dövlətin tərkibində olmuşuq. Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münqaişəsi ilə bağlı yaranmış Minsk Qrupunun həmsədr dövlətidir. Təbii ki, münaqişənin həllində Rusiyanın Ermənistana çox ciddi təsir imkanları var. Azərbaycan-Rusiya arasında çox möhkəm siyasi dialoq vasitəsi var. Prezidentlər müntəzəm olaraq görüşürlər və belə görüşlərin qarşıda il ərzində baş tutması istisna deyil. Rusiya Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünün fərqindədir. Və buna görə də Azərbaycana hörmətlə yanaşır. Onu da qeyd edim ki, Qərbin Rusiyaya qarşı artmaqda olan sanksiyalarına Azərbaycan qoşulmayıb. Rəsmi Moskva bunu çox yüksək qiymətləndirir. Hətta vəfatından bir müddət öncə böyük geo-politik Zbiqnev Bjezinski müsahibələrinin birində qeyd etmişdi ki, "Rusiya Azərbaycanla münasibətlərin inkişafında hər zaman maraqlıdır və eyni zamanda Rusiya istəyir ki, Azərbaycan onun təşəbbüsü ilə yaradılmış müxtəlif inteqrasiya formatlarında iştirak etsin. Azərbaycan faktoru Rusiya üçün erməni faktorundan qat-qat böyük əhəmiyyət kəsb edir". Azərbaycan regionun lider dövlətidir, çox böyük iqtisadi və hərbi potensialı var. Ən başlıcası da Prezident İlham Əliyev milli maraqlara söykənən siyasət həyata keçirir". 
 
 

Politoloq Fikrət Sadıqov bildirib ki, iki dövlət başçısı görüşəndə və mühüm problemləri müzakirə edəndə mərhələli plan həyata keçirilir:
"Düşünürəm ki, bu çox mühüm məqamdır. Görüşdə hər hansısa qərar qəbul olunarsa, mütləqdir ki, nazirlər səviyyəsində hazırlıq mərhələsi həyata keçirilsin. Prezidentlərin görüşündə iki ölkə arasında münasibətlərin müzakirə olunması müəyyən mənada müsbət nəticələrin əldə olunmasına səbəb ola bilər". 
 
Gülnarə Eynullaqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Lalədən adının qumar oyununda hallanmasına REAKSİYA

Aparıcı Lalə Azərtaş səsi süni intellektdən istifadə titkokda qumar oyununda istifadə edilib.   Sfera.az xəbər verir ki, bu barədə aparıcı "Təsi...

İran və Ermənistan XİN başçıları arasında telefon danışığı oldu

Noyabrın 14-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçı ilə telefon danı...

Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə etdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Böyük Britaniyanın ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr və xəzinədarlıq na...

Türkiyənin mədəniyyət və turizm naziri sabah Bakıya gəlir

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sabah Bakıya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və T...

Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşdü

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq...

"Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA

17:31   "Qalatasaray" klubunun ulduz futbolçusu Mauro İkardi Vanda Naranın şikayətindən sonra polis tərəfindən saxlanılıb.   Sfe...