Cəbhədə qarşıdurma: Müharibə olacaq?

Cəbhədə qarşıdurma: Müharibə olacaq?
"Son günlər cəbhə xəttinin ayrı-ayrı istiqamətlərində baş verən olaylar və bunun nəticəsində bizim də itki verdiyimiz atəşkəsin pozulması halı əslində müvəqqəti xarakter daşıyır"

Bunu Sfera.az-a cəbhədə baş verən son vəziyyətlə bağlı danışarkən hərbi ekspert Üzeyir Cəfərov deyib.
 


Ekspert bildirib ki, ayın 19-da Azərbaycan Silahlı Qüvvələri 25 min şəxsi heyətin, bir neçə yüz ağır texnika və avadanlıqların iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə başlayır:
"Eyni gündə ATƏT-in bivec və Ermənistan maraqlarına xidmət etməsi şəxsən məndə qətiyyən şübhə doğurmayan Minsk qrupu Bakıya səfər edib, özünün növbəti növbətçi bəyanatını səsləndirib, öz keyf-damağlarının ardıyca gedəcəklər. Və bu arada Ermənistan tərəfi öz ağılsız və təxribat xarakterli addımlarını bir qədər artırıblar. Ən gülməlisi odur ki, öz təxribatları elə özlərinin başında çartlayır. Dünəndən bu günə kimi ən azından özlərinin təsdiq etdikləri rəqəmlərə inansaq, 6 nəfər ölən əsgər və çavuş, o cümlədən 10-dan çox yaralıları var. Və bu dəqiqlərə kimi də qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri, hətta artilleriya qurğularından istifadə etməklə öz həyasızlığını davam etdirir. Bir qədər əvvəl isə, Azərbaycan Müdafiə Nazirliyi cəbhədə baş verənlərlə bağlı bəyanat yaydı. Deməli, vəziyyət həqiqətən də çox ciddi və düşündürücüdür. Ordumuz vəziyyətə nəzarət edir, amma düşmən verdiyi ağır itkilərdən dolayı çalışır ki, vəziyyəti daha da mürəkkəbləşdirsin. Ən narahatedici məqam isə, düşmənin təkcə Silahlı Qüvvələrimizin mövqelərini deyil, eyni zamanda cəbhəboyu yaşayış məntəqələrimizi  də iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutması faktıdır. Məhz, buna görə də, Azərbaycan tərəfi bir daha düşmənə sərt xəbərdarlıq edib ki, əgər onlar təxribatlarını davam etdirsələr, yaxın saatlarda itkilərinin sayı daha da artacaq".

Ekspertin fikrincə, hadisələrin bu şəkildə davam etməsi daha ağır toqquşmalara gətirib çıxaracaq:
"Bu əslində indiki məqamda elə həmin başıpozuq ermənilər üçün daha faciəvi sonluqla bitə bilər. Hal-hazırda 25 minlik qoşun birləşmələrimiz tam hazır vəziyyətdə bircə əmrlə düşmən üzərinə yerisə, Ermənsitan Silahlı Qüvvələrinin sayı-hesabı qalmaz. Sadəcə bizim siyasi-hərbi rəhbərliyimiz ölkəmizin üzləşə biləcəyi diplomatik təzyiq və təhdidləri önləmək üçün hələ ki, bir az da səbr və dözüm nümayiş etdirir. Bunun da bir sonu olacaq. Bunu artıq beynəlxalq qurumlar, elə həmin bivec ATƏT-in Minsk qrupu da əvvəlki illərdən fərqli olaraq, daha çox ciddiyə almağa başlayıb. Əlbəttə ki, bu dəfə baş verə biləcək ağır toqquşmalar hər iki tərəfdən ağır itkilərlə müşayət oluna bilər. Çünki 2016-cı ilin aprel hadisələrindən sonra qoşunların qarşıdurma xəttinə saysız-hesabsız ağır silah və döyüş texnikası cəlb olunub".

Qeyd edək ki, Müdafiə Nazirliyi cəbhədə vəziyyətlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir.
"Düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir. Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verib. Görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var. Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”, – deyə bəyanatda bildirilir.

Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Lalədən adının qumar oyununda hallanmasına REAKSİYA

Aparıcı Lalə Azərtaş səsi süni intellektdən istifadə titkokda qumar oyununda istifadə edilib.   Sfera.az xəbər verir ki, bu barədə aparıcı "Təsi...

İran və Ermənistan XİN başçıları arasında telefon danışığı oldu

Noyabrın 14-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçı ilə telefon danı...

Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə etdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Böyük Britaniyanın ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr və xəzinədarlıq na...

Türkiyənin mədəniyyət və turizm naziri sabah Bakıya gəlir

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sabah Bakıya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və T...

Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşdü

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq...

"Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA

17:31   "Qalatasaray" klubunun ulduz futbolçusu Mauro İkardi Vanda Naranın şikayətindən sonra polis tərəfindən saxlanılıb.   Sfe...