Ər-Riyad Türkiyəyə izn verməyib - SƏBƏB
Dünya
15:47 / 17.06.2017
1278
Səudiyyə Ərəbistanı Türkiyəyə öz ərazisində hərbi baza qurmağa izn verməyib.
Bu barədə informasiyanı Səudiyyə Ərəbistanı mətbuatı yayıb. Ər-Riyad Türkiyə bazasına ehtiyacı olmadığını bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdən öncə Ankaranın baza üçün Səudiyyə Ərəbistanına müraciət etdiyini və hələlik onlardan heç bir cavab almadıqlarını açıqlamışdı.
Sfera.az