Bankların böyük əksəriyyəti oliqarx-məmurların pul kisəsi rolunu oynayır... - İDDİA

Bankların böyük əksəriyyəti oliqarx-məmurların pul kisəsi rolunu oynayır... - İDDİA
Beynəlxalq investor və reytinq xidməti Moody’s Azərbaycanın dörd bankının reytinqini aşağı salıb və göstəricilərinin pisləşdiyi barədə xəbərdarlıq edib: "Xalq Bank”, "Bank Respublika”, "Bank of Baku” və "Bank VTB Azərbaycan”.
 
Agentlik hər dörd bankın yerli və xarici valyuta üzrə uzunmüddətli depozit reytinqi perspektivlərinin neqativ olduğunu, problemli kreditlərin artdığını, hətta 25%-ə çatdığını qeyd edib. İddia edilir ki, "Bank Respublika" MB-ın rəhbəri Elman Rüstəmova məxsusdur, yəni baş bankirin öz bankında belə vəziyyət yaxşı deyil.

Məsələni Sfera.az-a şərh edən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda bank sisteminin bərbad vəziyyətdə olduğu heç kimə sirr deyil. 
 
 

Ekspertin sözlərinə görə, bu vəziyyəti beynəlxalq standartlarla qiymətləndirdikdə mənzərə daha neqativ görünür:
"Düşünmürəm ki, yalnız bu bankların vəziyyəti beynəlxalq standartlara uyğun gəlmir, belə banklarımızın sayı daha çoxdur. Yəqin ki, ilin sonuna doğru, digərlərinin də adı açıqlanacaq. Sadəcə beynəlxalq reytinq təşkilatlarının bizim bank-maliyyə resurslarına çıxışları məhdud olduğundan dəqiq qiymətləndirmə apara bilmirlər. Çox güman ki, bu yaxınlarda adları açıqlanmadan nəzarətə götürülməli banklardan bir neçəsi bu siyahıda var. Lakin çox təəssüflər olsun ki, banklara konseldasiya təklif ediləndə və ya lisenziyası ləğv ediləndə problemə vahid standartlardan yanaşılmır. Yaxşı olardı hökumətin maliyyə siyasətini həyata keçirən qurumlar banklara qarşı dəqiq və standart tələblər irəli sürələr və bu standartlara cavab verməyən bankların ya lisenziyaları alınsın və ya birləşməsi təklif edilsin. Belə olsa bank sistemi daha tez sağlamlaşar. Yoxsa ki, məsələn, hansısa bank baş və ya başqa məmura  bankerə yaxındı deyə ona güzəşt edilirsə, bu səmərəli sağlamlaşdırma olmayacaq. Bankların kimə məxsus olmasına gəldikdə isə bizim bankların böyük əksəriyyəti oliqarx-məmurların pul kisəsi rolunu oynayır. Onlar sadəcə olaraq həm də sələmə pul verir. Bankların dünyada yüzə yaxın aləti mövcuddur. Azərbaycanda bunun bir neçəsi işləyir. Müasir dünyada bu bankçılıq sayılmır. Bunun adı sələmçilikdir". 
 
 

Natiq Cəfərli bildirib ki, ümumilikdə bütün bank sistemində stresli vəziyyət yaranıb:
"Bankların problemli kreditlərin həcmi artır, banklar yenidən kreditlər verə bilmir, vətəndaş-bank qarşıdurması artır, onminlərlə vətəndaşı banklar məhkəmələrə verirlər. Məhkəmə yolu isə effektiv deyil, bu addımlar kreditlərin qaytarılmasına heç bir kömək etməyəcək. Sonuc etibarı ilə iqtisadiyyatın "qan-damar” sistemi olan bank sektorunda vəziyyət düzəlməsə, sağlamlaşma addımları olmasa, iqtisadi aktivlik də artmayacaq, vətəndaşların gəlirləri azalacaq. Bu sahədə vəziyyəti düzəltmək üçün Mərkəzi Bank və hökumət ciddi tədbirlər görməlidir. Banklara dövlət dəstəyi olmasa, vəziyyətdən çıxa bilməyəcəklər. Vətəndaşlara isə kreditlərlə bağlı  dəstək olmasa, onlar da kreditlərini ödəyə bilməyəcəklər – beləcə bankların problemli kreditləri idarəolunmaz həddlərə çatacaq".

Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...