Rusiya Azərbaycan-Türkiyə əlaqələrini kəsmək üçün mübarizə aparır - ŞƏRH
12:57 / 16.06.2017
1659
"Ermənilər Qafqaza gələndən bu günədək, yəqin bundan sonra da, nə qədər ki, Azərbaycan Türkiyə ilə qonşudular, Ankara-Bakı əlaqələri və əməkdaşlığı var, onlar da o qədər qorxub, hürkəcəklər".
Bu sözləri Sfera.az-a siyasi şərhçi Sədrəddin Soltan söyləyib.
Onun sözlərinə görə, Naxçıvanın statusu məsələsini onlar əvvəllər də gündəliyə çıxarıblar:
"Ancaq bu, cəfəng iddiadan başqa bir nəsnə deyil. O zaman Qərbi Azərbaycanın, eləcə də İrəvanın və bütünlükdə indiki Ermənistanın mövcudluğunu şübhə altına alınması ilə üzləşərlər. Bu üzr istəyirəm, itin qorxaraq, quyruq bulamasına oxşayır. Ümumiyyətlə, dünyada bir türkofobiya var. Ona görə də sovetlər dönəmində "pantürkizm” kimi saxta ifadə yaradıldı. Türkün haqqını tapdayıb, onun dədə-baba torpaqlarında dövlət quranlar, onu "pantürkçülük”də ittiham edirlər".
Sədrəddin Soltan qeyd edib ki, daşnaklar bu yolla himayədarlarından daha çox maliyyə yardımı və silah almaq, habelə özlərinə diqqəti artımaq istəyirlər:
"Erməni siyasiləri və diaspor üzvləri 80 ilə yaxındır bu istiqamətdə hay-küy salırlar. Onlar iddia edir ki, Rusiya türklərlə ön cəbhədə yerləşən Ermənistana diqqəti artırmalıdır. Kiro da məsələyə bu baxımdan yanaşır. Onlar Türkiyə və Azərbaycan arasında münasibətə fərqli don geyindirmək məqsədi ilə bu addımı atırlar. Əslində həmin hay-küy daha çox Rusiyanın xeyrinədir. Odur ki, ermənilər bununla müstəqil olmadıqlarını və Rusiyanın qurub, qoruduğu bir ərazidə dövlət olduqlarını özləri də hiss etmədən təsdiqləyirlər. Rusiya Azərbaycanla Türkiyənin arasındakı əlaqələri kəsmək üçün neçə yüz ildir mübarizə edir. Cənub Qafqazda Ermənistan adı ilə dövlət qurmaqla planın böyük hissəsi həyata keçirilib. Həmin ərazidə Rusiyaya daha sədaqətli olan erməniləri yerləşdiməklə bu istiqamətdə təhlükəsizliyini təmin edib. Ermənilər isə illər uzunudur Kremlə sadiq köpək kimi onların bölgədəki maraqlarına xidmət edirlər. Elə Kiro da onlardan biridir".
Qeyd edək ki, bundan öncə Ermənistanın Daşnaksütyun Partiyasının rəsmi nümayəndəsi Kiro Manoyan Qarabağda böyük savaş riskinin qalması haqqında açıqlama verib. Türkiyə və Azərbaycanın Naxçıvandakı hərbi təlimindən təşvişə düşən Manoyan Naxçıvanın beynəlxalq statusunun yenidən dünyada müzakirəyə çıxarılması gərəkdiyini bildirib.
Gülnarə Eynullaqızı
Sfera.az