Ermənilərin “ikinci cəbhə” xofu: Düşmənin qorxulu röyası

Ermənilərin “ikinci cəbhə” xofu: Düşmənin qorxulu röyası

Naxçıvanda Azərbaycan və Türkiyənin ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində birgə taktiki hərbi təlimlər başlayıb. Təlimlərdə 5 min hərbçi iştirak edir. Bu, son bir ayda iki qardaş ölkə arasında ikinci böyük təlimdir həyata keçirilir.

Gözlənildiyi kimi, Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin intensivləşən ortaq hərbi manevrləri ən çox işğalçı Ermənistanda təşviş yaradıb. O sırada son olaraq, hakimiyyət ortağı Daşnaksütyun Partiyasının rəsmisi Kiro Manoyan davam edən hərbi təlimlərin Ermənistan və İrana mesaj olduğunu bəyan edib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağda böyük müharibənin başlanmasına izn verməməlidir. Daşnak rəsmisi daha sonra öz xəbis xislətinə sadiq qalaraq bildirib: "Ermənistan gərək Naxçıvanın zorla Azərbaycana qatılması məsələsini və onun beynəlxalq statusunu qaldırsın”.

Belə bir klassik sərsəmləməyə bəlkə də şərh verməyə dəyməzdi. Ancaq Dağlıq Qarabağ kimi, Naxçıvanın da heç vaxt Ermənistanın tərkibində olmadığı çoxdan sübuta ehtiyacı olmayan aksiomdur. Əgər Ermənistan adlı qondarma və süni dövlətin özü Azərbaycan torpaqlarında Rusiyanın bilavasitə dəstəyi ilə təşəkkül tapıbsa, Naxçıvan və ya Dağlıq Qarabağ necə zorla Azərbaycana birləşdirilə bilərdi? Bu, əlbəttə ki, erməni həyasızlığının növbəti təzahürüdür.

Bundan əlavə, Manoyanın başqa bir iddiasına da yəqin ki, diqqət edildi. İddia edir ki, guya Naxçıvandakı hərbi təlimlər həm də İrana mesajdır. Sözsüz ki, bu da növbəti daşnak uydurmasıdır. Nədən ki, nə Azərbaycanın, nə də Türkiyənin İranla hər hansı problemi, o cümlədən təhlükəsizliklə bağlı problemi var. Üç ölkə arasında ərazi, torpaq mübahisəsi də mövcud deyil. Əksinə, son illər üç qonşu müsəlman dövləti arasında, xüsusən də Azərbaycanla İran arasında iqtisadi, kommunikasiya, tranzit-nəqliyyat sahələri (Şimal-Cənub nəqliyyat dəhlizi və s.) üzrə əməkdaşlıq dərinləşib.

Bu da ən çox işğalçı ölkəni narahat edir, ona görə ki, Ermənistanın bölgədə iqtisadi, nəqliyyat təcridi daha da güclənir, onun tranzit ölkə kimi olan-qalan önəmi sıfırlanır. O üzdən İrəvanda çox arzulayırlar ki, regionun üç mühüm müsəlman ölkəsi arasında münasibətlər heç vaxt sahmana düşməsin, inkişaf eləməsin və korlansın, həmişə sərin qalsın.

Doğrudur, İranın Ermənistanla normal münasibətləri var. Lakin bu, daha çox, siyasi-diplomatik münasibətlərdir. İqtisadi önəminə görə isə Azərbaycan cənub qonşumuz üçün daha vacib ölkədir və bunu son iqtisadi gəlişmələr də təsdiqləyir. Yeri gəlmişkən, bu ay Tehranda üç ölkənin - İran, Azərbaycan və Rusiya prezidentlərinin zirvə görüşünün keçirilməsi gözlənilir.

Erməni siyasət adamları vaxtaşırı Naxçıvan mövzusunu aktuallaşdırmağa çalışırlar - yaxşı başa düşə-düşə ki, boş şeylə məşğuldurlar.

Politoloq-jurnalist Tofiq Abbasov Kiro Manoyanın yuxarıdakı sərsəmləməsi ilə bağlı minval.az saytındakı məqaləsində yazıb. Onun sözlərinə görə, ermənilər bununla yəqin ki, uzaqgedən məqsəd güdərək, regionda genişmiqyaslı geosiyasi xaosun dolağını açmaq istəyirlər: "Hədəf də bölgənin iki mərkəzi oyunçusu olan Türkiyə və İranı alın-alına toqquşdurmaqdır”.

"Bu, İrəvanın çoxdankı arzusudur ki, özünü ”yağlı tikə" qismində görsün və onun uğrunda nüfuzlu oyunçular sonadək vuruşsunlar. Lakin ermənilər bağışlanmaz şəkildə qızıl vaxtı itirdilər və regionda cəlbedici geosiyasi materiala çevrilə bilmədilər. Ermənilərin bitib-tükənməyən əzabları da elə buna görədir", - deyə politoloq qeyd edib.

O, Naxçıvana diş qıcayan, dil uzadan düşmənə xəbərdarıq da edib. "Möcüzə bir dəfə baş verir. Naxçıvan indi sizə 1992-ci ilin Kəlbəcəri deyil. Muxtar respublika təkcə zəmanətli şəkildə qorunmur. O, eyni zamanda elə bir cavab vermək gücündədir ki, düşmənə əsla az görünməz. Üstəlik, İrəvan Naxçıvandan asan hədəfə gələn xətt üstündə yerləşir”, - ekspert əlavə edib.

Bu, gerçəkdən də belədir. Naxçıvan son vaxtlar bütün mənalarda işğalçı ölkənin qorxulu röyasına çevrilib. Həm də o səbəbə ki, bölgə Qars müqaviləsinə görə Türkiyənin qarantı altındadır və əgər Qarabağda müharibə başlasa, Ermənistana qarşı arxadan olduqca təhlükəli ikinci cəbhə aça bilər.

Vaxtaşırı Mingəçevir su anbarını partlatmaqla hədələyən erməni "strateqləri” gərək qulaqlarında bunu da sırğa eləsinlər ki, Naxçıvanın ucqar sərhədindən İrəvana qədər olan məsafə cəmi 80 km-dir. Metsamor AES isə daha yaxındır və oradakı raket sistemlərimizin tamamilə hədəfinə gələn bir məsafədə yerləşir.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Lalədən adının qumar oyununda hallanmasına REAKSİYA

Aparıcı Lalə Azərtaş səsi süni intellektdən istifadə titkokda qumar oyununda istifadə edilib.   Sfera.az xəbər verir ki, bu barədə aparıcı "Təsi...

İran və Ermənistan XİN başçıları arasında telefon danışığı oldu

Noyabrın 14-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçı ilə telefon danı...

Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə etdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Böyük Britaniyanın ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr və xəzinədarlıq na...

Türkiyənin mədəniyyət və turizm naziri sabah Bakıya gəlir

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sabah Bakıya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və T...

Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşdü

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq...

"Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA

17:31   "Qalatasaray" klubunun ulduz futbolçusu Mauro İkardi Vanda Naranın şikayətindən sonra polis tərəfindən saxlanılıb.   Sfe...