ABŞ Rusiyaya son zərbələrini hazırlayır - Sanksiyalar
Dünya
11:29 / 15.06.2017
917
ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi haqqında qanun layihəsini təsdiq edib.
Qanun layihəsinin lehinə Senatın əksər üzvləri səs veriblər. Senatdan sonra sənəd ABŞ Nümayəndələr Palatası, daha sonra isə prezidentə təqdim ediləcək.
Yeni qanun layihəsinə əsasən, Rusiya banklarının maliyyələşdirmə müddəti 14 günə, neft-qaz şirkətlərinin isə 30 günə qədər azaldılır. Sanksiyaların Rusiyanın kredit və suveren reytinqinə böyük zərbə vuracağı gözlənilir.
Sfera.az