Ekspert: "Azərbaycanın atacağı addımlar Ermənistana acı nəticələr verəcək" - SENSASİON AÇIQLAMA

Ekspert:
"Demək olar, son vaxtlar elə bir gün, elə bir həftə olmur ki, biz bədnam qonşularımızın hansısa təxribat xarakterli əməli və ya hərəkəti haqqında məlumat almayaq. Elə Ermənistanın hakim Respublika Partiyasının Qarabağda erməni partiyalarının üçüncü forumunu keçirməyə hazırlaşması ilə bağlı xəbər də söylədiklərimin bir növ təsdiqidir". 

Bu sözləri Sfera.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ekspertin sözlərinə görə, xain qonşularımız bu açıq təxribat xarakteri daşıyan tədbiri elə bir günə təyin ediblər ki, adam bunların olmayan ağıllarına daha da məətəl qalır:
"Bildiyiniz kimi, iyunun 19-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin Bakıya səfəri planlaşdırılıb və böyük ehtimalla ölkəmizin əsəblərini tarıma çəkmək üçün erməni tərəfi növbəti dəfə cəhdlər etməyi düşünür. Halbuki bir neçə gün bundan əvvəl həm İrəvanda, həm də Xankəndində olan həmsədrlərə də məlum idi ki, separatçılar belə bir təxribat həyata keçirməyə hazırlaşırlar. Çox təəssüf, onlar bu hərəkətdən separatçıları və onların havadarları olan İrəvan və Moskva başbilənlərinə izah etmək istəməyiblər ki, belə hərəkətə yol vermək olmaz. İndi forumun hardasa 16-18 iyun aralarında keçiriləcəyi gözlənilir. Prinsip etibarı ilə hansısa qlobal təsirə malik tədbir deyil. Amma o məlum milçək ürəkbulandırma məsələsində olduğu kimi, bədnam qonşularımız çalışırlar ki, yenə gərginlik yaratsınlar və sonda ciddi toqquşmalar baş versin". 

Ekspert qeyd edib ki, forumda iştirakdan Ermənistanın sabiq prezidentlərindən biri  Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Konqres-ANK bloku imtina etdiyini bildirib:
"Müxalif Ohanyan-Raffi-Oskanyan bloku isə foruma dəvət edilməyib. Hətta belə götürəndə, bu forum çox mənasız və formal xarakter daşıyan bir tədbir təsiri bağışlayır. Məqsəd isə açıq şəkildə Azərbaycanı təxribata sürükləmək və bizim əsəblərimizi yerindən oynatmaqdır. İnanıram ki, ölkəmizin ciddi diplomatik addımları separatçıları bu çirkin əməldən çəkindirməyə məcbur edəcək və onlar geri çəkilməyə məcbur olacaqlar. Əks təqdirdə Azərbaycanın atacağı addımlar həm Ermənistan üçün, həm də bu təxribata yol verən qüvvələr üçün acı nəticələr verə bilər".

Qeyd edək ki, partiyanın sədr müavini Armen Aşotyan jurnalistlərə açıqlamasında partiyanın sədr müavini Armen Aşotyan söyləyib ki, Ermənistanın hakim Respublika Partiyası Qarabağda erməni partiyalarının üçüncü forumunu keçirməyə hazırlaşır. O, forumun 16-18 iyun aralarında keçiriləcəyini bildirib. Aşotyan forumda iştirakdan Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Konqres-ANK blokunun imtina etdiyini bildirib. Müxalif Ohanyan-Raffi-Oskanyan bloku isə foruma dəvət edilməyib.

Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərində təşkil ediləcək forumda 21 partiya iştirak edəcək. Bunlardan 15-i Ermənistanı, 6-sı isə Qarabağ separatçılarını təmsil edəcək. Forumda həmçinin Ermənistan Prezident Serj Sərkisyan və separatçıların lideri Bako Saakyan da iştirak edəcək.

Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Lalədən adının qumar oyununda hallanmasına REAKSİYA

Aparıcı Lalə Azərtaş səsi süni intellektdən istifadə titkokda qumar oyununda istifadə edilib.   Sfera.az xəbər verir ki, bu barədə aparıcı "Təsi...

İran və Ermənistan XİN başçıları arasında telefon danışığı oldu

Noyabrın 14-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçı ilə telefon danı...

Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə etdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Böyük Britaniyanın ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr və xəzinədarlıq na...

Türkiyənin mədəniyyət və turizm naziri sabah Bakıya gəlir

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sabah Bakıya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və T...

Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşdü

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq...

"Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA

17:31   "Qalatasaray" klubunun ulduz futbolçusu Mauro İkardi Vanda Naranın şikayətindən sonra polis tərəfindən saxlanılıb.   Sfe...