Ekspertin qaldırdığı problemə MM də reaksiya verib

Ekspertin qaldırdığı problemə MM də reaksiya verib

Mənzil-Tikinti Kooperativlərinin (MTK) vətəndaşlardan yüksək ödəniş tələb etməsi ilə bağlı açıqlamamdan sonra məsələyə Milli Məclis daxil olmaqla, çox fərqli qurumlardan və şəxslərdən rəylər gəldi.

Sfera.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert belə çevik reaksiyaya görə və məsələnin ictimailləşməsinə dəstək olan jurnalistlərə öz təşəkkürünü bildirib:

"Bu fakt bir daha göstərir ki, fərqli problemləri aydın şəkildə izah edib və ondan çıxış yolları göstərməklə həllinə nail olmaq mümkündür. Bu həmçinin CESD-nin strategiyasıdır. MTK-ların fəaliyyətinin şəffaflaşdırılması üçün onlara olan bütün ödənişlərin nağdsız aparılmasının təmin edilməsi də vacibdir. Qanunvericiliyə dəyişiklik edilməsi və MTK-lara nağdlı ödənişlərin qadağan edilməsinə ehtiyac var. Əgər bu gün çox fərqli xidmətlər, hətta sığorta ödənişləri yalnız nağdsız aparılırsa, MTK-lar niyə insanlardan nağd pul toplamalıdır? Hər bir MTK-nin bank hesabı var və ödənişin də yalnız banklar vasitəsilə aparılması təmin edilməlidir. Nəticədə, bu, onların tələb etdiyi haqların məbləğini müəyyənləşdirməyə və vergidən yayınmanın qaşısının alınmasına imkan yaratmaqla yanaşı, həm də onların fəaliyyətində şəffaflığın gücləndirilməsinə səbəb ola bilər.

Eyni zamanda, yeni qaydaların icrasına nəzarətin gücləndirilməsinə də ehtyac var. Bu baxımdan, bu sahədə institusional dəyişikliklərin olması və nəzarət mexanizminin təkmilləşdirilməsi vacibdir ki, MTK-lar vətəndaşlardan yüksək ödənişlər tələbini davam etdirməsinlər”.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...