21 kredit təşkilatı bağlanıb

21 kredit təşkilatı bağlanıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən bir sıra kredit təşkilatlarının fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

Bu barədə Sfera.az-a Palatadan məlumat verilib.

Bir il müddətində bank fəaliyyətinin həyata keçirilməməsi, iki hesabat tarixinə hesabatların təqdim olunmaması, təqvim ili ərzində təqdim etdiyi hesabatlarda azı iki dəfə təhrif olunmuş məlumatların daxil edilməsinin müəyyənləşdirilməsi və illik kənar auditin keçirilməməsi səbəbindən "Ağammədli”, "Ağdaş”, "Aqrovest”, ”Balıqçı”, "Bənövşə”, "Buta”, "Fəqan”, "Fidan”, "Girdiman”, "İnkişaf”, "Meridian”, "Mikrokredit”, "Muxax”, "Nihat”, "Qarabağ-2010”, "Şəmkir”, "Şəmkir Aqro”, "Zərqova”, "Ziya” kredit ittifaqlarına və öz müraciətləri əsasında "A.F.S” və "KİV nümayəndələri” kredit ittifaqlarına verilmiş lisenziyalar ləğv edilib.

Həmçinin, fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanının göstərişlərinə əməl olunmamasına görə "Norveç Mikrokredit” bank olmayan kredit təşkilatına kreditlərin verilməsi üçün lisenziya ləğv edilib.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...