Türkiyədə növbəti zəlzələ: İzmir silkələnib
Dünya
11:37 / 14.06.2017
1051
Türkiyənin İzmir şəhərinin Qaraburun mahalının Egey dənizinə baxan səmtində səhər saatlarında zəlzələ baş verib.
Sfera.az "Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, zəlzələ dəniz səviyyəsindən 10 kilometr dərinlikdə meydana gəlib.
Kandil Rəsədxanası zəlzələnin 4,5 bal gücündə qeydə alındığını açıqlayıb.
Itki və dağıntılar barədə məlumat yoxdur.
Sfera.az