Millət vəkili MTK sahiblərinə etiraz etdi

Yeni hündürmərtəbəli binalarda mənzil tikinti koorporativləri kommunal xərcləri yığırlar. Elə yerlər var ki, bir mənzil üçün 150-200 manat aylıq pul alınır. Sanki kirayə haqqı ödənilir.
Bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında Mənzil Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunarkən deyib.
O bildirib ki, birbloklu mənzillərdə mühafizəçiyə ehtiyac yoxdur: "Texnologiya inkişaf edib, ona görə də mühafizəçi olmaya da bilər. Lift pulu ilə bağlı da fərqli yanaşma olmalıdır, binanın 16-cı mərtəbəsindəki mənzillə aşağı mərtəbələrdəki mənzillər arasında fərq olmalıdır, bunların pulu eyni ola bilməz. MTK-lar binadakı təmizlik işlərinə, bir də, 5-7 ildənbir binanın fasadını yeniləyirlər, əvəzində xeyli pul alınır”.
Digər deputatlar da MTK-ların sakinlərdən pul yığmasına etiraz edib. (report)
Sfera.az