İlham Əliyev Natiq Əliyevin məzarını ziyarət etdi

Gündəm
16:16 / 13.06.2017
1846
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərhum energetika naziri, "Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarını ziyarət edib.
Sfera.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev Fəxri xiyabanda Natiq Əliyevin məzarının önünə gül dəstələri qoydu, xatirəsinə dərin ehtiramını bildirib.
Prezident İlham Əliyev Natiq Əliyevin oğlu Fərhad Əliyevə bir daha başsağlığı verib.
Fərhad Əliyev atasının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına minnətdarlıq edib.
Sfera.az