Həyəcan: Böyük İstanbul zəlzələsi yaxınlaşır!

Həyəcan: Böyük İstanbul zəlzələsi yaxınlaşır!

Türkiyədə dünən baş verən 6.3 və 4.9 ballıq ardıcıl zəlzələlər İstanbul əhalisini təşvişə salıb. Əhali fransız alimlərin "Haberturk" qəzetində keçən il dərc olunan "Böyük İstanbul zəlzələsi” haqqında iddialarından narahatdır.

Fransız alimlər Egey dənizində baş verəcək tektonik hadisələrin İstanbulda ən azı 7 ballıq böyük bir zəlzələyə səbəb ola biləcəyini xəbər vermişdilər.

Türkiyədə 1999-cu ildə Gözcükdə baş verən zəlzələdən sonra tədqiqat aparan fransız qrupun rəhbəri Xavier Le Piçonun "Böyük İstanbul zəlzələsi” haqqında iddiaları Egey və Mərmərə dənizində layların sürüşməsi nəticəsində yarana biləcək dəhşətli zəlzələ barədə idi. Lay üzərində hərəkət il ərzində 20 millimetrdir və bu da təxminən hər il bir o qədər deformasiyaya səbəb olur. Yaranan qırışığın açılması 1, ya da 2 zəlzələyə səbəb ola bilər. Əgər 1 zəlzələ baş verəcəksə, bunun fəsadları daha ağır olacaq. Alimlər sonuncu dəfə bu xəttin qırılmasının 1766-cı ildəki 2 zəlzələdən sonra baş verdiyini, yaxın 30 il ərzində İstanbulda 7.6 bal gücündə zəlzələ gözləndiyini söyləyirlər.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...