Hacıqabul postunda insident: əlindəki bükülünü atdı və...

Hacıqabul postunda insident: əlindəki bükülünü atdı və...

Hacıqabul rayonunda avtomobilində narkotik maddə saxlayan sürücü saxlanılıb.

DİN-dən Sfera.az-a verilən məlumata görə, iyunun 9-da DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Hacıqabul rayonu ərazisindəki stasionar postunda "Opel" markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Posta yaxınlaşan sürücünün əlindəki bükülünü avtomaşının açıq pəncərəsindən yolun kənarına atdığı diqqətdən yayınmayıb. Onun hərəkəti yol polisi əməkdaşlarında şübhə doğurduğundan bu barədə dərhal Hacıqabul Rayon Polis Şöbəsinə məlumat verilib.

Sənədlər yoxlanılan müddətdə əməliyyat-istintaq qrupu hadisə yerinə gəlib. Hadisə yerinə baxış keçirilərkən sürücünün yol kənarına atdığı, içərisində bükülülər olan bağlama tapılaraq götürülüb və ekspertizaya təqdim olunub. Ekspertiza həmin bağlamadakının ümumi çəkisi 1,574 qram narkotik vasitə olan heroin olması barədə rəy verib.

Hacıqabul RPŞ-yə gətirilən həmin şəxsin Şirvan şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vüsal Ağamalıyev olduğu müəyyən edilib. Ona məxsus avtomobilə baxış keçirilərkən saxlanc yerindən əlavə olaraq 1 kiloqrama yaxın marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...