Moskvada 866 nəfər saxlanılıb
Dünya
10:30 / 13.06.2017
1065
Moskvada keçirilən antikorrupsiya mitinqlərində həbs edilənlərin sayı 866 nəfər olub.
Bu barədə informasiyanı "Ovd-info” portalı yayıb. Sayt saxlanılanların çox hissəsinin buraxıldığını bildirib. Hazırda nəzarətdə 32 nəfər qalıb.
Qeyd edək ki, dünən Moskva başda olmaqla Rusiyanın 200-ə yaxın şəhərində korrupsiyaya qarşı etiraz aksiyaları keçirilib. Etiraz aksiyalarının əsas təşkilatçısı Aleksey Navalnı və Korrupsiya ilə Mübarizə Fondu olub.
Bundan öncə Moskvada 150, Sankt-Peterburqda 500 nəfərin saxlanıldığı bildirilmişdi.
Sfera.az