Qarabağa görə narahatıq - NATO

Qarabağa görə narahatıq - NATO

NATO-ya üzv bütün ölkələr Cənubi Qafqaz regionunda silahlanmanın artmasından narahatdır.

Bu sözləri Ermənistanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. O bildirib ki, bu hal siyasi gərginliyə səbəb olur: "Bildiyiniz kimi, NATO-ya üzv iki ölkə - ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləridir. Onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prinsipinə sadiqdirlər. Bu sahədə NATO-nun mövqeyi aydındır. Biz gərginliyin azaldılması, hərbi fəaliyyətlərin səviyyəsinin məhdudlaşdırılması və sülh prosesinin aparılmasını istəyirik”.

NATO təmsilçisi regionda təhlükəsizlik məsələsini yaxından izlədiklərini söyləyib: "Hazırda NATO ölkələri arasında narahatlıq kifayət qədər yüksəkdir. Bu yaxınlarda bu ərazidə toqquşmalar baş verib, kəskin bəyanatlar səsləndirilib, xəsarət alanlar olub. NATO birbaşa prosesə cəlb olunmayıb. Bizim mövqeyimiz Minsk qrupuna kömək etməkdir. NATO tərəflər və Minsk qrupu həmsədrləri tərəfindən problemin sülh yolu ilə həlli istiqamətində atılan addımlara kömək göstərməyə davam edəcək”. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Lalədən adının qumar oyununda hallanmasına REAKSİYA

Aparıcı Lalə Azərtaş səsi süni intellektdən istifadə titkokda qumar oyununda istifadə edilib.   Sfera.az xəbər verir ki, bu barədə aparıcı "Təsi...

İran və Ermənistan XİN başçıları arasında telefon danışığı oldu

Noyabrın 14-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçı ilə telefon danı...

Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə etdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Böyük Britaniyanın ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr və xəzinədarlıq na...

Türkiyənin mədəniyyət və turizm naziri sabah Bakıya gəlir

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sabah Bakıya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və T...

Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşdü

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq...

"Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA

17:31   "Qalatasaray" klubunun ulduz futbolçusu Mauro İkardi Vanda Naranın şikayətindən sonra polis tərəfindən saxlanılıb.   Sfe...