Həyəcan: Türkiyədə daha bir güclü zəlzələ baş verdi
19:09 / 12.06.2017
1127
16:37
Egey dənizində 6,3 bal gücündə şiddətli zəlzələ baş verib.
"Hürriyət" xəbər verir ki, zəlzələ İzmir, İstanbul və Bursada böyük həyəcana səbəb olub.
İlkin ehtimala görə, zəlzələnin episentri İzmirin Qaraburun rayonudur.
***
Zəlzələ İstanbul, Çanaqala, Bursa, İzmir və Təkirdağda hiss edilib.
Qəndil rəsədxanası zəlzələnin Egey dənizinin 10 kilometrlik dərinliyində meydana gəldiyini bildirib.
***
Egey dənizində yerli vaxtla 15:35-də 4.9 bal gücündə ikinci zələzələ baş verib.
"Röyter" agentliyi zəlzələnin episentrinin İsmir şəhərindən 84 km şimal qərbdə olduğunu yazıb.
***
Qaraburun icra nümayəndəsi Məhəmməd Özyüksəl zəlzələnin 10 saniyəyə qədər davam etdiyini bildirib.
O bu ana qədər hər hansı bir dağıntı və insan tələfatı olmadığını deyib.
Sfera.az