Azərbaycanda gəlin qaynana və qaynatasını QƏTLƏ YETİRİB, 3 GÜN MEYİTLƏRİNİ GÖRÜN HARDA SAXLADI!

Azərbaycanda gəlin qaynana və qaynatasını QƏTLƏ YETİRİB, 3 GÜN MEYİTLƏRİNİ GÖRÜN HARDA SAXLADI!
Masallının Miyenku kəndində baş verən dəhşətli cinayəti evin gəlini Asudə Ağayeva törədib.
Sfera.az bildirir ki, bunu AzNews.az-a sözü gedən kəndin sakinləri məlumat verib. Onların sözlərinə görə, Ağayevlər ailəsi həmişə münaqişəli olub:

"Bunlar evi, tövləni, hətta heyvanlar üçün yığdıqları otu da bölüb yaşayıblar. Hamı bilirdi ki, Azər Ağayev valideynləri Etibar Ağayev və Rəfiqə Ağayeva ilə yola getmir. Mərhum Etibar Ağayev onların evinin işığını, qazını kəsib. Sən demə, bunlar da qabaqcadan hazırlıq görüb. Cinayəti gəlin törədib. Qayınata yatıbmış, arvadı isə həyətdə olub. Gəlin qayınatasının yatdığı otağa keçərək balta ilə başına elə vurub ki, kişi oradaca olüb. Gəlinin qayınanasını öldürmək fikri olmayıb. Gəlin baxıb ki, qayınana evə gəlir, ərinin öldüyünü görüb, hay-həşir salacaq. Odur ki, onu da balta ilə öldürüb”.

Sakinlər meyitlərin 3 gün otaqda qaldıqlarını deyir:

"Gəlin pəncərəni açıb ki, havası dəyişsin. Həmin müddətdə qohum-qonşu onların gözə dəymədiyini görərək hara getdikləri ilə maraqlanıb. Hər birinə müxtəlif bəhanələr gətiriblər. Sonra düşünüblər ki, bu belə getməyəcək. Meyitləri basdırmaq qərarına gəliblər. Ən münasib yer isə tövlə olub. İki metrə yaxın quyu qazıblar. Meyitləri aparıb quyuya qoyanda baxıblar ki, heç biri oraya yerləşmir. Hər ikisinin ayağını kəsib quyuya atıblar. Sonra evdə qana batan nə olubsa, onu da salafana büküb meyitlərin üstünə atıblar. Ardınca da betonlayıblar”.

Sakinlərin sözlərinə görə, cinayəti törədən şəxslər tövlədə olan heyvanları gətirib meyitlərin basdırıldığı yerə bağlayıb, iz itirmək üçün də üstünə ot və peyin töküblər:

"Ərizəni razılığı ilə yazmayıb. Mərhumların yaxınlarının təkidi ilə oğul ata-anasının itməsi ilə bağlı lazımi qurumlara məlumat verib. Hətta oğlan öldürdüyü atasının telefonunu da söndürüb. Dindirmə zamanı polis oğlanın hərəkətlərindən şübhələnib. Nəhayət sonda boynuna alıb ki, arvadım öldürüb, birlikdə də tövlədə basdırmışıq”.(big.az)

OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...