Ərəblər "Barsa" formasını geyinənləri həbs edəcək

Ərəblər
"Qətər böhranı" gedikcə böyüyür. 

Sfera.az xəbər verir ki, belə bir vaxtda Birləşmiş Ərəb Əmirlikləri şok qərar qəbul edib.

Belə ki, ölkə hökuməti "Barselona" forması geyinməyi qadağan edib. Buna səbəb Kataloniya klubuna Qətər Hava Yollarının sponsorluq etməsidi. Qərara əsasən üzərində Qətər Hava Yollarının loqosu olan "Barselona" forması geyinənlər və daşıyanlar həbs olunaraq 15 ilədək azadlıqdan məhrum ediləcək.

"La Repubblica"nın məlumatına görə, bu qədər Qətərlə bütün əlaqələrini kəsən digər 10 ölkədə də tətbiq oluna bilər. 

Qeyd edək ki, 10 ölkə "terrora dəstək verdiyi" üçün Qətərlə bütün əlaqələri kəsib.

"Qatar Airways"lə "Barselona" arasındakı müqavilə 30 iyun tarixində bitir. Bu tarixdən etibarən Yaponiyanın online ticarət şirkəti "Rakuten"in reklamı formalarda yer alacaq.

OXŞAR XƏBƏRLƏR