Əhaliyə şad xəbər: Kredit faizləri aşağı düşüb

Əhaliyə şad xəbər: Kredit faizləri aşağı düşüb

Bu ilin aprel ayında manat ekvivalentində əmanət və depozitlər üzrə orta faiz dərəcəsi mart ayı ilə müqayisədə 0,18 faiz bəndi artaraq illik 7,00% təşkil edib. Xarici valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi isə 0,22 faiz bəndi azalaraq 3,88%-ə enib.

Həmçinin fiziki şəxslərin manatla əmanətləri üzrə orta faiz 0,23 faiz bəndi artaraq 11,04%, xarici valyutada əmanətlər üzrə orta faiz dərəcəsi 0,33% azalaraq 4,55% olub.

Kommersiya bankları tərəfindən aprel ayında verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyuta ekvivalentində müvafiq olaraq illik 12,26% və 8,43% təşkil edib.

Xatırladaq ki, aprelin 1-nə bu göstəricilər manatda 12,31%, xarici valyutada isə 8,69% olub.

O cümlədən aprel ayında fiziki şəxslərə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 0,04 faiz bəndi azalaraq 15,76%, xarici valyuta ilə verilən kreditlər üzrə 0,32 faiz bəndi azalaraq mayın 1-nə 16,40% təşkil edib. (report)

 

Sfer.az


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...