Binəli Yıldırımdan “kürd dövləti” - Açıqlaması
16:56 / 09.06.2017
994
Biz bütün iraqlıların birgə, bütöv dövlətdə yaşamasını istəyirik. Bölgəmizdə kifayət qədər problem var, yeni bir problem qaynağı yaranmasını azrulamırıq. Buna görə də bunun məsuliyyətsiz verilmiş bir qərar olduğunu düşünürük.
Sfera.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım Məsud Bərzaninin İraq Kürd Muxtar Vilayətinin müstəqilliyi ilə bağlı 25 sentyabra təyin etdiyi referendum münasibət bildirərkən deyib.
Qeyd edək ki, İraq Türkmən Cəbhəsinin deputatı Aydın Maruf referendumun 25 sentyabrda, deputat seçkilərinin isə 6 noyabrda keçirilməsinə qərar verildiyini bildirib.
Sfera.az