ABŞ dolları bahalaşdırmağa hazırlaşır

ABŞ dolları bahalaşdırmağa hazırlaşır

ABŞ Federal Ehtiyat Sisteminin (FES) iyunun 13-14-də keçiriləcək iclasında uçot dərəcəsini artırılması ehtimalının hələ də yüksək olması dolları yaxın günlərdə bahalaşdıra bilər.

ABŞ-ın iqtisadi göstəriciləri elə də yaxşı olmasa da, gələn həftə keçiriləcək iclasda uçot dərəcəsinin 25 faiz bəndi artırılması gözlənilir.

Son bir neçə ayda ABŞ prezidenti Donald Trampın seçki öncəsi vədlərinə əməl etməməsi və siyasi motivlərlə əlaqədar ucuzlaşan dolların bir qədər güclənməsi üçün başqa səbəblər də var. Ötən gün ABŞ konqresi "Dodd-Frank" qanununu ləğv edib. Bu, ABŞ-ın maliyyyə sisteminə rahatlıq gətirməli və kreditləşmənin həcmini əhəmiyyətli dərəcədə artırmalıdır.

Xatırladaq ki, sözügedən qanun Barak Obamanın prezidentliyi dövründıə qəbul edilib və ölkənin maliyyə sisteminin təhlükəsizliyini təmin edib. Bu qanunun tətbiqindən sonra ABŞ banklarının birinci dərəcəli kapital adekvatlığı əmsalı 8-9%-dən 12-14%-ə çatıb. D.Tramp isə bu qanunu ABŞ üçün "yoxsulluq" rəmzi kimi görür.

Beləliklə yaxın günlərdə əsas valyuta cütlüyü olan USD/EUR nisbəti 1,1 ola bilər. Bu göstəricinin 1,15 qədər yüksələcəyi, 2018-ci ildən isə dollar və avronun məzənnəsinin bərabərləşəcəyi istisna edilmir. (report)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...