Tehran teraktına görə daha 2 şəxs həbs edilib
15:36 / 09.06.2017
1327
İran xüsusi xidmət orqanları Tehran teraktında şübhəli bilinən daha 2 nəfəri həbs edib.
Bu barədə informasiyanı "Röyter” agentliyi yayıb. Hər iki şəxs Kirmanşah vilayətində həbs olunub.
Qeyd edək ki, iyunun 7-də Tehranda parlament binası və İmam Xomeyni məqbərəsinə hücum olub. Nəticədə 17 nəfər ölüb, 52 nəfər yaralanıb.
Hücumun məsuliyyətini İŞİD üzərinə götürüb.
Sfera.az