Səudiyyə Ərəbistanında daha bir Qətər - Qadağası
Dünya
13:24 / 09.06.2017
812
Səudiyyə Ərəbistanı otellərə təlimat verib.
Səudiyyə Ərəbistanı Turizm və Milli Miraslar Nazirliyi ölkədə olan otel və müəssisələrə ünvanladığı təlimatla Qətərin Əl-Cəzirə televiziyasına aid kanalların silinməsini tələb edib. Kanalı silməyən otellərə pul cəzası tətbiq olunacağı bildirilib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmrlikləri və Bəhreyndə Qətəri dəstəkləyənin 5 ilə qədər həbslə cəzalandırılacağı elan edilmişdi.