Avropa Koreyaya sanksiyanı genişləndirib
Dünya
10:55 / 09.06.2017
971
Avropa Birliyi Şurası Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsi haqqında qərar qəbul edib.
Qərara əsasən AB-nin qara siyahısına 14 fiziki və 4 hüquqi şəxsin adı daxil edilib. Bu şəxslərin AB-yə girişi qadağan edilib, eləcə də aktivlərinə həbs qoyulub.
Qeyd edək ki, bununla AB-nin öz qara siyahısına daxil etdiyi Şimali Koreya vətəndaşlarının sayı 99-a çatıb. Bunlardan 56-sı fiziki, 46-sı hüquqi şəxsdir.
Sfera.az