Daha bir ölkə Qətərlə əlaqələri kəsib
Dünya
19:09 / 08.06.2017
1020
Çad Qətərdəki səfirini geri çağırıb.
Sfera.az xəbər verir ki, "terrorizmə dəstək verdiyi” səbəbini əsas gətirərək Qətərlə diplomatik əlaqələrini kəsən Ərəb və Afrika ölkələri sırasına onuncu ölkə olaraq Çad Respublikası əlavə olundu.
Çad Xarici İşlər Nazirliyi bu haqda açıqlamasında bildirib:
"Çad hökuməti bu böhranı həll etmək üçün lazımi ölkələrlə dialoqun başlanmasını uyğun görür və Qətəri bölgədəki ölkələrlə əlaqələrini bərpa etməyə çağırır”.
Sfera.az