Siqaretə görə BMT-də mübahisə edən Lavrov... - Zaxarova

Siqaretə görə BMT-də mübahisə edən Lavrov... - Zaxarova

Rusiya Xarici İşlər naziri Sergey Lavrov əvvəllər siqarət çəkməyə həris idi, amma indi bunlar keçmişdə qalıb.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.

"Məncə, sirr açmayacağam. O, bu haqda müsahibəsində danışmışdı. Əvvəllər o, çox siqaret çəkirdi, amma indi bu sayı həddən artıq azaldıb” – deyə o bildirib.

Qeyd edək ki, Lavrov uzun illər əvvəl siqaretə həris olan şəxs kimi tanınıb. O, BMT-də çalışdığı zamanlarda buradakı antitütün kampaniyasına qarşı fəaliyyəti ilə fərqlənirdi. BMT-nin keçmiş baş katibi Kofi Annan 2000-ci illərin əvvəllərində BMT-nin bütün obyektlərində ABŞ-ın etdiyi kimi siqaret çəkilməsinə qadağa qoydu. Lakin onun bu addımı Lavrova təsir etmədi. Binada siqaret çəkməyə davam edən Lavrov burada ona mane olmaq istəyən mühafizəçilərə BMT-nin beynəlxalq ərazi olduğunu və buna ABŞ qanunlarının təsir etmədiyini sübut etməyə çalışırdı.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR