Qətəri türklər qoruyacaq – Saziş

Qətəri türklər qoruyacaq – Saziş

Qətərdə qurulacaq hərbi baza üçün Türkiyə ilə əldə olunan razılaşmanın bəzi məqamları üzə çıxıb.

Sfera.az Sputnik saytına istinadən həmin məqamları təqdim edir:

1. Qətərdə qurulacaq hərbi baza üçün bütün xərcləri Qətər ödəyəcək. Həmçinin orada çalışdığı müddətdə türk əsgərlərinin də bütün xərcləri Qətər hökuməti tərəfindən qarşılanacaq. Yəni türk əsgəri Qətərin ABŞ- Səudiyyə Ərəbistanı cəbhəsinin hədəfində olduğu bir dönəmdə Qətəri qorumaq üçün bir növ, "legionerlik” vəzifəsini öz üzərinə götürəcək.

2. Razılaşmanın 16-cı maddəsində qeyd olunur ki, türk əsgərinin xidmət etdiyi müddətdə yarana biləcək hüquqi çatışmazlıqları beynəlxalq məhkəmələr yox iki ölkənin yerli məhkəmələri və hökumətləri həll edəcək.

Anlaşmada həmçinin Türkiyə hökumətinin hərbi baza yaratmasında niyə Qətəri seçmək məsələsinə də aydınlıq gətirilib. Əsas səbəb kimi Qətərin 15 iyulda baş verən hərbi çevriliş zamanı Türkiyəyə dəstək göstərməsi qeyd olunub.

Xatırladaq ki, bir müddət əvvəl 15 iyul çevrilişi zamanı Prezident Ərdoğanın bir zəngi ilə Qətər hökumətinin 150 nəfərlik xüsusi təyinatlını dərhal Türkiyəyə, Ərdoğanın mühafizəsinə göndərildiyi bildirilmişdi.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR