Bu, İrana bir mesaj idi: Törədilən terrorda Xorasan və PKK izi...

Bu, İrana bir mesaj idi: Törədilən terrorda Xorasan və PKK izi...
"İnqilabdan sonra İranda terrorlar çox olub. Hətta inqilabdan sonra ilk illərdə törədilən terror nəticəsində ölkənin indiki ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin qolu yaralanmışdı. O vaxtdan indiyidək onun sağ qolu iflicdir. Terrorçu İŞİD qruplaşması isə fəaliyyətə başladığı gündən hədələdiyi dövlətlərdən bir də İrandır". 

Bu sözləri Sfera.az-a İran parlamentinə edilən hücumla bağlı danışan siyasi şərhçi Sədrəddin Soltan deyib.
 
 

Onun sözlərinə görə, əvvəllər İran  bu sayaq terrorlarda bir qayda olaraq, mövcud hakimiyyətə müxalifətdə olan Xalq Mücahidləri Təşkilatını məhkum edirdi:
"Bu dəfə isə Tehran Səudiyyə Ərəbistanının suçlu olduğunu bildirib. Hadisələrin Qətərin 8 ərəb dövləti tərəfindən boykot edildikdən sonra baş verməsi terrorçu qruplaşmalardan fəqrli qüvvələrin bu işdə əli olduğunu istisna edilmir. Cəfər Cabbarlının əsərində deyidiyi kimi "Atan kazaklardır”. Başqa sözlə terrorun törədilməsində İranla ərəb dövlətləri arasındakı qarşıdurmadan da istifadə edilib. Ehtimal olunan kiber hücum buna işarə ola bilər. Bundan başqa, ötən gün terroru İran vətəndaşlarının törətdiyi haqda xəbərlər yayıldı. Ancaq terroru terrorçu PKK-nın İrandakı dəstəkçilərinin törətməsi ehtimalı nədənsə heç deyilmir. Bir müddət əvvəl İran Kürdüstan Demokratik Partiyasının lideri Mustafa Hicri İraq və Suriyada olduğu kimi, İranda da silah yolu ilə mübarizə aparıb, haqlarını təmin edəcəklərini bildirmişdi. Onu da qeyd edim ki, kürd silahlıları ilə İran qoşunun arasında ölkənin Kürdüstan əyalətində, bəzən isə kürdlərin yerləşdirildiyi, köçürüldüyü Güney Azərbaycan ərazilərində də həmişə silahlı qarışıdurma yaşanır. Həmin bölgələrdə terrorçu Abdulla Öcalanın fotoları belə paylanır. Bu baxımdan terroru İran vətəndaşı olan həmin etnik qrupa məxsus adamın da törətməsi ehtimalı az deyil. Daha bir qrup var. Təxminən 5 il əvvəl Suriyada fəaliyyətə başlayan "Xorasan” terrorçu qrupu. Bu qruplaşma Yaxın Şərq, cənub-şərqi Asiya və Şimali Afrika ölkələrindən gəlmiş "Əl-Qaidə” üzvlərindən təşkil olunub. ABŞ təhlükəsizlik qurumlarının hesabatlarında bu qrup barəsində məlumat verilib.  Təşkilata "Əl-Qaidə” liderlərindən Möhsün əl-Fadli rəhbərlik edir. 36 yaşlı Fadlinin vaxtilə, Üsamə bin-Ladenin yaxın çevrəsində olduğu deyilir. Fadli Suriyada müharibə başlamazdan əvvəl İranda yaşayıb. ABŞ kəşfiyyatı 10 ildən çoxdur ki, Fadlini axtarır. ABŞ kəşfiyyatının hesabatlarına görə, "Xorasan” terror təşkilatı daha çox partlayıcı qurğulardan istifadə etməklə terror aktları təşkil edir. "Xorasan” İŞİD-dən fərqli olaraq, xilafət arzusunda deyil. "Xorasan”ın əsas məqsədi ikinci 11 sentyabr hadisələri hazırlamaqdan ibarətdir. Təşkilatın lideri Fadlinin xüsusilə, çətin aşkarlanan partlayıcı qurğular hazırladığı deyilir. İŞİD zəiflədikdən sonra, onun yerini  "Xorasan”ın tutacağı da ehtimal edilir". 

Sədrəddin Soltan qeyd edib ki, terror ərəb dövlətləri ilə İranın dəstəklənməsini bildirən Qətər arasında yaranmış böhrana təsadüf edir:
"Görünür, terroru törədənlər üçün izi itirməkdən ötrü bu ən sərfəli şərait olub. Çünki belə şəraitdə əsl günhakarın tapılması çətindir. Atalar sözmüzdə deyildiyi kimi "İman bir yerə gedir, güman min yer”. Bu İranın Suriyadakı fəaliyyətinə cavab sayıla bilər. Bundan başqa, İranın və ölkə icitimaiyyətinin damarının yoxlanılması cəhdi də ola bilər. Bu bir daha təsqdiləyir ki, istənilən terror aktı məlum və ya naməlum qüvvə, hətta dövlət tərəfindən dəstəklənə, maliyyələşə bilər. Başqa sözlə desək. maraqlarını təmin etmək istəyənlərin hərəsinin öz terrorçu qruplaşması var. Həmin dövlətlər öz maraqlarını təmin etmək üçün onlardan istifadə edir. Nəticədə birbaşa müharibə bu sayaq hibrit silahlı qarşıdurmalar, terrorlarla əvəzlənir".

Qeyd edək ki, İranda baş verən teraktlarda 12 nəfər ölüb, 39 nəfər yaralanıb.

Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...