İlham Əliyev iranlı həmkarına başsağlığı verdi

İlham Əliyev iranlı həmkarına başsağlığı verdi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.


"Tehranda törədilmiş terror aktları nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi və hiddətləndirdi,” – deyə dövlət başçısı məktubda qeyd edib.

Azərbaycan Prezidenti vurğulayıb ki, bu qanlı hadisə terrorizmin bütün dünya üçün dəhşətli bir bəlaya çevrildiyini, onun bütün təzahürlərinə qarşı birgə səylərlə və ardıcıl mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir.

Prezident İlham Əliyev baş vermiş faciə ilə əlaqədar İran Prezidenti Həsən Ruhaniyə, həlak olanların ailələrinə və yaxınlarına, dost və qardaş İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR