Rusiyadan İrandakı teraktlara - Reaksiya
Dünya
16:20 / 07.06.2017
934
İran parlamentinə və Xomeyni məqbərəsinə hücum təsdiq edir ki, terrorçular rahatlaşmırlar.
Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.
Rəsmi Kreml də İrandakı teraktları qəti şəkildə qınayıb. Jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, İrandakı hadisələr terrorizmlə mübarizədə koordinasiyalı fəaliyyətin nə qədər önəmli olduğunu bir daha sübuta yetirdi.
Qeyd edək ki, bu gün İran parlamentinə və İmam Xomeyni məqbərəsinə hücum zamanı, indiyə olan məlumata görə, 7 nəfər ölüb, 33 nəfər yaralanıb.
Sfera.az